Mingəçevirdə elmi-nəzəri konfrans keçirilib
Tarix: 29.04.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Mingəçevir Turizm Kollecində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr edilən elmi-nəzəri konfrans təşkil olunub. Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov Forumun ölkəmizdə keçirilməsini Azərbaycanın yüksək təşkilatçılıq potensialına, multikultural ənənələrə malik olduğunu, dünyəvi sülh, barış və birgəyaşayış anlayışlarına xalqımızın göstərdiyi həssaslıq müqabilində beynəlxalq ictimaiyyətin böyük etimadı kimi dəyərləndirib. Əyyub Əyyubov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin də beynəlxalq aləmdə dövlətimizə və xalqımıza baş ucalığı gətirən amil olduğunu bildirib. Qeyd edib ki, hələ ulu öndər Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə qorunan tolerant ənənələr bu gün Prezident İlham Əliyevin ciddi səyləri ilə daha da mükəmməl şəkildə inkişaf etdirilərək təbliğ olunur. Bu mənada hər bir ölkə vətəndaşı, xüsusilə də pedaqoqlar və yetişməkdə olan gənc nəsil mövcud dəyərlərimizin qorunmasına və təbliğinə davamlı olaraq əməli dəstək nümayış etdirməlidir.Bildirilib ki, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumundan irəli gələn məsələlər üzrə mədəni-kütləvi tədbirlərin təşkili üçün Mingəçevir Turizm Kollecində fəaliyyət planı təsdiq edilib, təşkilat komitəsi yaradılıb, buna müvafiq olaraq işçi qrupunda iş bölgüsü hazırlanıb və tədbirlərin icrasına başlanılıb. Əyyub Əyyubov rəhbərlik etdiyi Mingəçevir Turizm Kollecində bu konfransla yanaşı, belə mövzuda tədbirlərin tez-tez keçiriləcəyini bildirib.
Sonra konfransda kollecin müəllimləri Xatirə Rzayeva, İqbal Xudiyev, Eldar Dərişov, İradə Cəfərova və tələbə Cəlil Əhmədov müvafiq olaraq “Azərbaycanın nümunəvi elmi siyasəti və perspektivləri”, “Azərbaycan dünyada tolerantlıq nümunəsidir”, “Müasir və tolerant Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Azərbaycanda mədəniyyətlərarası dialoq mərkəzinin yaradılması” və “Azərbaycan gəncliyi yeddinci Qlobal Forumda” mövzularında çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info