Jill Helken: “Naxçıvanda heyrətamiz inkişafın şahidi oldum”
Tarix: 29.04.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Bu, mənim Naxçıvan Muxtar Respublikasına ikinci səfərimdir. İlk dəfə burada 15 il bundan əvvəl olmuşam. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası tamamilə dəyişib, burada heyrətamiz inkişafın olduğunu gördüm. Bunu sözlə ifadə etmək çətindir.Naxçıvan Muxtar Respublikasına birgünlük səfəri çərçivəsində aprelin 27-də qədim diyarın gəzməli-görməli yerləri ilə tanış olan Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken AZƏRTAC-a müsahibəsində belə deyib.
Səfər təəssüratları barədə danışan Jill Helken bildirib ki, Naxçıvanın tarixi abidələri, muzeyləri, təbii müalicə ocaqları insanda xoş təəssürat yaradır. O deyib: “Bu tarixi abidələrə dövlətiniz tərəfindən necə həssas münasibət göstərildiyinin şahidi olduq. Bir sözlə, mükəmməl və heyranedicidir. Eyni zamanda, burada öz işini bilən savadlı, bacarıqlı kadrlar var”.Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru qeyd edib ki, Naxçıvanda olarkən bir çox rəsmi qurumların rəhbərləri ilə görüşüb, müzakirələr aparıb, eyni zamanda, “Readmissiya və insan hüquqları” mövzusunda keçirilən seminarda iştirak edib. “Bütün bunlar çox maraqlı və faydalı oldu. Düşünürəm ki, muxtar respublika ilə bağlı gələcək planlarımız yenə də yüksələn xətt üzrə inkişaf edəcək”, - deyə o əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib
22.11.2018
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info