Corc Vella: “Malta Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır”
Tarix: 29.04.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycan-Malta əlaqələri gündən-günə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.E.Məmmədyarov bildirib ki, C.Vella ilə görüşdə Maltanın gələn il Avropa İttifaqına sədrliyi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq və regional vəziyyət, Avropada miqrant problemi ilə bağlı fikir mübadiləsi aparılıb. O, maltalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son vəziyyət barədə ətraflı məlumat verdiyini diqqətə çatdırıb.E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Malta arasında bu gün üç sənəd imzalanıb.Nazir Corc Vella Maltanın Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, Maltanın regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib. Bildirib ki, Malta uzunmüddətli sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyir. Nazir ATƏT-in və Avropa İttifaqının digər üzv dövlətləri kimi, Maltanın da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə görə narahat olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info