Çəmənli sakinləri ermənilərin təxribatından danışdılar
Tarix: 29.04.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlər aprelin 29-da Bərdə Diaqnostika Mərkəzində müalicə olunan yaralılarla görüşdükdən sonra Ağdam rayonuna gəliblər.AZƏRTAC xəbər verir ki, jurnalistlər Ermənistan silahlı qüvvələrinin Çəmənli kəndini atəşə tutmaları nəticəsində şəhid olan sakinlər Əli Hüseynovun və Famil Mustafayevin ailə üzvləri və qohumları ilə görüşüblər.Hər iki şəhidin yaxın qohumu Əhməd Əhmədov media təmsilçilərinə müsahibəsində deyib:“Erməni hərbi birləşmələri gecə saat 12 radələrində kəndimizi şiddətli artilleriya atəşinə tutmağa başladı. Həm Əli Hüseynov, həm də Famil Mustafayev kəndə düşən mərmilər nəticəsində ağır yaralanaraq həlak olublar. Onların heç biri kəndi tərk etməmişdi. Biz Ermənistan ordusunun mülki əhalini ağır artilleriyadan atəşə tutacağını gözləmirdik. Bizim artıq səbrimiz tükənib. Daha nə qədər belə yaşamaq olar? Belə də atəşkəs olar? Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.Media təmsilçiləri Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan yaralılarla da görüşüblər. Jurnalistlərə məlumat verilib ki, xəstəxanada hazırda üç sakin müalicə olunur. Xəsarət alan digər sakinlər isə ambulator nəzarət altındadır.Yaralı Şəbnəm Qaraşova kəndin qəfildən atəşə məruz qaldığını bildirərək deyib: “Şiddətli artilleriya atəşi qəfil başladığı üçün təhlükəsiz əraziyə getməyə imkan tapa bilmədik. Avtomobilə minib uzaqlaşmağa çalışdıq. Lakin həmin vaxt minmək istədiyimiz avtomobili vurdular və mən bir neçə metr məsafədəki arxa düşdüm. Mərminin partlaması nəticəsində ayağımdan yaralandım”.Çəmənli kəndinin digər sakini, yaralı Arif Məmmədov əvvəllər belə şiddətli artilleriya atəşinə məruz qalmadıqlarını bildirib. O da mərminin partlaması nəticəsində ayağından qəlpə yarası aldığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info