Piter Teys: “Forum yüksək səviyyədə təşkil olundu”
Tarix: 29.04.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik məsələləri və Latın Amerikası üzrə ekspert, jurnalist Piter Teyslə görüşü zamanı səsləndirib.Görüşdə Kamal Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik və bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasət haqda məlumat verib. Dövlət müşaviri ölkəmizdə mövcud olan birgəyaşayış modelinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılandığını, bunun nəticəsi olaraq Avropanın, o cümlədən Rusiyanın universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıldığını diqqətə çatdırıb.Piter Teys Azərbaycana səfəri və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkili məsələlərindən danışaraq bu işlərin çox yüksək səviyyədə həyata keçirildiyini ifadə edib. Bundan əlavə, o, yaşadığı ABŞ-ın Viskonsin ştatında fəaliyyət göstərən universitetlərdən birində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması işinə dəstək verəcəyini vurğulayıb.
Görüşdə yaxın gələcəkdə ölkəmizdə keçiriləcək müxtəlif beynəlxalq tədbirlər, Azərbaycanın Latın Amerikası ölkələri ilə multikulturalizm sahəsində qarşılıqlı əlaqələrinin qurulması və başqa məsələlərlə bağlı müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info