“Caspian Coast” şərab və konyakları Rusiya bazarına daxil olur
Tarix: 29.04.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın ən iri holdinqlərindən olan “Synergy Group” Rusiyanın qabaqcıl spirtli içki distribyutoru “Rusalka Qrup” ilə memorandum imzaladı. Memorandumun əsas məqsədi Azərbaycan istehsalı olan “Caspian Coast Winery & Vineyards” şərab və konyaklarının Rusiyaya ixracını təşkil etməkdir.
Cənab Prezident İlham Əliyevin dəstəyi ilə sahibkarlığın inkişafına yönələn uğurlu siyasətin nəticəsi kimi ixracatın stimullaşdırılması iqtisadiyyatın əsas prioritetlərindən biridir. “Synergy Group” bu istiqamətdə bir sıra ciddi addımlar atmışdır. İmzalanmış memorandumun nəticəsi olaraq Azərbaycan şərab və konyaklarının Rusiya bazarında geniş yer tutması planlaşdırılır.
“Synergy Group” ASC-nin İcraçı direktoru Qüdrət Seyfullayev bildirdi ki, “uyğun yerli qanunvericilik, əlverişli biznes və iqtisadi mühit, eləcə də dövlətin ixraca göstərdiyi dəstək “Synergy Group”un törəmə şirkətlərinə son vaxtlarda əlavə imkanlar yaradır. Bizim əsas məqsədimiz “Azərbaycan malı” olan brendlərimizi və məhsullarımızın nəinki qonşu Rusiyada, eyni zamanda Avropa və Asiyada müsbət imicini formalaşdırmaqdır.”
Qeyd etmək lazımdır ki, Siyəzəndə istehsal olunan “Caspian Coast” məhsulları Azərbaycan bazarında 60-a yaxın şərab və 4 konyak növü ilə tanınır. Öndə gedən brendlər arasında “Chirag Gala”, “Hamya”, “Shani”, “Bayan Shira”, “Matrasa”, “Cabernet-Sauvignon”, “The City of Winds” və digər brendləri qeyd etmək mümkündür.
Əlavə məlumat üçün “Synergy Group” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlayın.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info