“Rusiya-Ermənistan münasibətləri sual altındadır”
Tarix: 29.04.2016 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Ermənistan Rusiyanı əvəz edəcək müttəfiq axtarışına çıxsa belə, bu, ona o qədər də uğur gətirməyəcək”

“Kremlə qarşı etirazlar Ermənistanda yeni fenomen kimi, Rusiya, İran və Türkiyə ilə həmsərhəd olan Cənubi Qafqazda sabitlik dalğası fonunda başlayıb”.
Bu barədə “International Business Times” nəşri məlumat yayıb. Nəşr yazır ki, Rusiya-Ermənistan münasibətləri sual altındadır. Məqalədə qeyd edilir ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən son nümayiş zamanı yerli siyasətçi David Sanasaryan Rusiya səfirliyinin binasına yumurta ataraq “bizim etirazımız Rusiyaya qarşı deyil, Rusiyanın yeritdiyi siyasətə qarşıdır” deyib. Britaniyalı Timotti Eş yazır ki, Rusiyanın son hadisələrdəki planı Ermənistanı narahat etməkdədir: “Bəziləri soruşa bilərlər ki, Ermənistan Rusiyanın regionda oynadığı bu böyük oyunda “qurbanlaq quzu” ola bilərmi? Gündəlik təhlükəsizlik məsələsi, Ermənistana yeni manevrlər etmək üçün yer qoymur. Belə görünür ki, bu problem Ermənistan və Avropa arasında sıx iqtisadi və mədəni əlaqələrin bərpasından keçir”. Müəllif yazır ki, Ermənistan Rusiyanı əvəz edəcək müttəfiq axtarışına çıxsa belə, bu, ona o qədər də uğur gətirməyəcək. Belə ki, Ukraynada baş verən son hadisələrdən sonra, nə ABŞ, nə də Avropa Birliyinin Ermənistanın təhlükəsizliyinə mühüm təminat verməsi çətin görünür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info