“Cənub Qaz Dəhlizi” hazırkı dövrün ən böyük layihələrindən biridir”
Tarix: 29.04.2016 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” Xəzər qazının Avropaya çatdırılmasını
real edir”.

Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Brüsseldə Avropa İqtisadi və Sosial Komitəsinin plenar iclasında deyib. O bildirib ki, “Cənub Qaz Dəhlizi” Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdıracaq hazırkı dövrün ən böyük tikinti layihələrindən biridir. “Xəzər qazının Avropa bazarlarına gətirilməsi illərlə, sadəcə, müzakirələr və debatlar mövzusu idi. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyədə 10 milyard dollardan çox dəyəri olan müqavilələrin imzalanması və konkret tikinti işlərinin aparılması isə reallıqdır. Avropa Komissiyası 2020-ci ildə bu qazı qəbul etməyə hazırlaşır”. M.Şevçoviç əlavə edib ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının (Aİ) qaz tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədi daşıyan, Avropa Komissiyasının prioritet enerji layihələrindən biridir. Layihə Xəzərdən çıxarılacaq 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info