Azərbaycanda yeni markalı benzinin istehsalına başlanılacaq
Tarix: 01.03.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 059-2001 "Etilsiz avtomobil benzinləri" dövlət standartına dəyişiklik edib. Komitədən verilən məlumata görə, standarta edilən dəyişiklik bu il aprelin 1-dən tətbiq ediləcək. Dəyişikliyə əsasən, standartın adı yeni redaksiyada-"Avtomobil benzinləri. Texniki şərtlər" kimi ifadə edilib. Həmçinin standartın "Markalar üçün norma" bəndinə "A-98 markası" əlavə edilib. Standarta A-98 markalı benzinin detonasiya davamlılığı, sıxlığı, fraksiya tərkibi, doymuş buxarın təzyiqi, turşuluğu, kükürdün kütlə payı və s. göstəricilər üzrə normalar və sınaq üsulları da daxil edilib. Qeyd edək ki, Azərbaycanda dövlət standartına əsasən, üç markada avtomobil benzini - A-80, A-92 və A-95 istehsal edilir. Bu dəyişikliyə əsasən, ölkəmizdə daha keyfiyyətli, oktan xarakteristikasını artıran komponentləri olan A-98 markalı benzinin istehsalı da mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info