Legioner limiti ilə bağlı qərar qəbul ediləcək
Tarix: 30.04.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında legioner limiti ilə bağlı son qərarın veriləcəyi tarix dəqiqləşib. Buna mayın 3-də Azərbaycan Voleybol Federasiyasının inzibati binasında baş tutacaq iclasda aydınlıq
gələcək.

Belə ki, həmin gün baş məşqçilərlə vitse-prezident Faiq Qarayevin görüşü keçiriləcək. Tədbirdə legioner limiti ilə yanaşı, aşağı yaş qrupları üzrə yığmalarımızın baş məşqçi postunda dəyişikliklərin də olması istisna edilmir. Həmçinin klublarımızın kimlə və necə işləyəcəkləri də müzakirə mövzusu olacaq. Bundan əlavə, kişi voleybolçularımızın Avropa çempionatının seçmə mərhələsinə hazırlığı ilə bağlı hesabatın dinlənməsi və qadınlardan ibarət yığmamızın Avropa Liqası üçün təlim-məşq toplanışının gündəliyə salınması gözlənilir. Qeyd edək ki, federasiya 2016/2017 mövsümü üçün 2 variant üzərində işləyir. Bu dəyişiklik yerli voleybolçuların yetişməsinə hesablanıb. Qurum hazırda ən azı 1 azərbaycanlı voleybolçu meydanda, 1-i isə ehtiyatda olmaq qərarını daha da təkmilləşdirmək istəyindədir. Federasiya hesab edir ki, voleybolun inkişafı üçün yeni ildə hər komandada ən azı 3 yerli oyunçu olmalıdır. Onlardan ikisi isə meydana çıxmalıdır. Digər variant isə oyun zamanı hər klubun əsas heyətində 3 azərbaycanlının olmasıdır.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info