Cəmiyyətin birliyi cəbhədə və informasiya savaşında qələbə üçün zəmin yaradır
Tarix: 30.04.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın sarsılmaz birliyinə,etnik-mədəni zənginliyinə xələl gətirmək istəyirlər. O da təsadüfi deyil ki, hər zaman cəbhədə vəziyyət kəskinləşəndə, yaxud düşmən cəbhədə yeniləndə, döyüşlərin getdiyi bir vaxtda bu cür təxribatlara əl atırlar
Azərbaycandakı bütün etnosların və dinlərin nümayəndələri tarixən dinc yanaşı yaşayıblar. Azərbaycanda bu baxımdan həmişə birlik, konsensus və barış hökm sürüb. Çünki ölkəmiz, cəmiyyətimiz multikultural dəyərlərə həmişə böyük diqqət və sayğı ilə yanaşıb.
Tarixən milli və dini tolerantlıq mənbəyi olan Azərbaycanda yeni dövrdə də multikulturalizm, milli və dini tolerantlıq çox bariz bir şəkildə özünü göstərir və gündən-günə inkişaf edir. Bu inkişafın əsas səbəblərindən biri isə cəmiyyətimizin və millətimizin multikultural, tolerant xüsusiyyətləri ilə bərabər, Azərbaycanın çox əzmli bir şəkildə multikulturalizmi dövlət siyasəti səviyyəsində həyata keçirməsidir. Multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi isə bu sahənin daha da inkişaf etdirilməsinə yönəlib. Bundan başqa, ölkədə cəmiyyətimizin bütün zümrələri və etnosları azərbaycançılıq ideologiyasının daşıyıcılarıdır. Bu ideologiya həm də ölkəmizin bütün zümrələrinin, etnoslarının birliyinin qarantı olaraq çıxış edir. Beləliklə, Azərbaycan cəmiyyəti multikultural olmaqla bərabər,azərbaycançılıq ideologiyası ətrafında birlik konsensusuna ən optimal səviyyədə nail olub. Təsadüfi deyil ki, bütün bu nailiyyətlər Azərbaycanın sərvəti kimi qiymətləndirilir və Azərbaycan cəmiyyətinin, millətinin birliyi ölkənin ən kritik tarixi məqamlarında da özünü bariz şəkildə göstərib. Məsələn, birinci Qarabağ savaşı zamanı biz Ermənistanın silahlı basqınına, təcavüzünə, vətəndaşlarımızın qətl edilməsinə, əsgərlərimizin öldürülməsinə vahid bir cəmiyyətin ayrılmaz nümayəndələri olaraq məruz qalmışıq. Həmin zaman istisnasız olaraq, bütün Azərbaycan vətəndaşları erməni təcavüzünə bir cəmiyyət olaraq məruz qalıblar. Dinindən, irqindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətimizin nümayəndələrinin hamısının erməni vandalizmi, işğalından çəkdiyi konkret zərərlər, itkilər ortadadır. Həmçinin, həmin savaşda Ermənistanın azğın hərbi birləşmələrinə qarşı qəhrəmanlıqla savaşan və bütün cəmiyyətimizin fəxri olan döyüşçülərimizi də unutmuruq və unutdurmuruq. Bunların içərisində qaziləri də, şəhidləri də, Milli qəhrəmanları da var. Onlar bizim cəmiyyətimizin qoruyucuları, fəxrləri və ümumi dəyərimizdir. Onlar, məhz cəmiyyətimizin hər bir bölgəsindən olanlardan ərsəyə gəliblər, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanca vuruşublar, lazım gəldikdə isə canlarını əsirgəməyiblər. Bütün bunlar cəmiyyətimizin birliyini, ayrılmazlığını, bütövlüyünü və onun müxtəlif zümrələrinin, nümayəndələrinin ümumi maraqlarını, mənafelərini, dəyərlərini bariz şəkildə ortaya qoymuş olur. Bu, əslində Azərbaycanın digər bir çox dövlət və cəmiyyətlərdə olmayan üstünlüyüdür. Bu üstünlük, məsələn, digər xalqları, etnosları repressiya ilə qovub ölkədən çıxaran, qətl edən monomilli Ermənistanın əlinin çatmadığı bir göstəricidir. Məhz buna görə də sözügedən sahədə Azərbaycan dünyada örnək, Ermənistansa digər mədəniyyət, xalq və dinlərə aqressiv yanaşan “pis nümunə” kimi göstərilir. Bu baxımdan informasiya savaşında da ölkəmizə yenildiyini görən Ermənistan dinc durmur, bununla bağlı müxtəlif təxribatlara baş vurmağa çalışır. Ermənistan bu gün Azərbaycandakı etnoslar arasında süni şəkildə nifaq toxumu səpməyə, süni ajiotaj yaratmağa girişib. Təbii ki, bunun üçün ölkəmizdə, qeyd etdiymiz kimi, heç bir zəmin yoxdur. Əslində bu təxribat üsulu bizim üçün yeni də deyil və 1990-cı illərin əvvəllərində də xarici qüvvələr, xüsusən Ermənistan tərəfindən uğursuzluqla istifadə edilib və sonda həmin xarici qüvvələrin və onların maşaları olan bəzi vətən xainlərinin avantürasının tam iflası ilə nəticələnib. İndi də düşmən yenə bu üsula əl atmağa çalışır. Ermənistan təxribatçı qüvvələri və xüsusi xidmət orqanları üçün ölkəmizlə bağlı bu məqamdan yararlanmaq istəyi prioritet təşkil edir. Onlar Azərbaycanın sarsılmaz birliyinə,etnik-mədəni zənginliyinə bu yolla xələl gətirmək istəyirlər. O da təsadüfi deyil ki, hər zaman cəbhədə vəziyyət kəskinləşəndə, yaxud düşmən cəbhədə yeniləndə, döyüşlərin getdiyi bir vaxtda bu cür təxribatlara əl atırlar. Məhz buna görə də ölkəmizin bütün vətəndaşları bu məsələdə olduqca ayıq, diqqətli olmalı, Azərbaycanın milli birliyinə, azərbaycançılıq ideologyasına qarşı olan erməni təhdid və təxribatlarının zamanında qarşısını almalıdır. Hamımız çox aydın şəkildə dərk edirik ki, Azərbaycanın bütün vətəndaşlarının rifahı və təhlükəsizliyi, ölkənin ümumi rifahından və təhlükəsizliyindən asılıdır. Buna görə də bu məsələdə çox ayıq olmalı və düşmən tərəfindən cəhd edilən sözügedən təxribatların vaxtında ifşa edilməsində hər birimiz öz töhfələrimizi əsirgəməməli, ən əsası, bu barədə düzgün və ifşaedici informasiyalarla çıxış etməliyik. Belə olduqda, düşmən istər cəbhədə, istərsə də informasiya savaşında daha tez yeniləcək!
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info