Gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar sərtləşir
Tarix: 02.05.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar ağırlaşdırılır və yeni cəza sanksiyaları tətbiq olunacaq.  
Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsinə əlavə və dəyişiklik təklif edilir. 
Maddənin 1-ci bəndinə ediləcək əlavə və dəyişikliyə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hazırda isə bu cəza 1 000 manatdan 2 000 manatadək miqdarda cərimədir. 
Maddənin 2-ci bəndinə edilən əlavə və dəyişikliyə görə isə, bu, təkrar və külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləridir. 
Maddənin “Qeyd” hissəsinə edilən dəyişikliyə görə isə, külli miqdar dedikdə 100 min manatdan artıq vəsait nəzərdə tutulur. 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq. 




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info