Erməni hərbçilərin dövlət yardımları mənimsənilir
Tarix: 02.05.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Ermənistanda hərbi qulluqçuların müalicəsi və istirahəti üçün nəzərdə tutulmuş məbləğ ödənilmir. “Armlur.am” saytının verdiyi məlumata görə, hazırda qüvvədə olan qaydaya əsasən hər bir hərbi qulluqçu 72 min dram (225 manat) məbləğində sosial yardım müavinətindən istifadə etməlidir. Ancaq hərbi qulluqçuların çoxu bu yardımı əldə edə bilmir. Məbləğ “Ardşinbank” və “VTB Bank” vasitəsilə ödənilməlidir. Lakin artıq 3-4 ildir ki, sosial paket məbləğləri çeklə ödənilir. Ödənişi həyata keçirən şirkətlərin sayı xeyli artıb. Maraqlıdır ki, həmin şirkətlərin səhmdarları arasında Müdafiə Nazirliyinin rəhbərliyi ilə əlaqələri olanlar da var. Hərbi qulluqçuların bir neçəsi jurnalistlərə bildiriblər ki, onlar nəzərdə tutulmuş 72 min dramdan yalnız 40 min dramı (125 AZN) ala bilirlər, yerdə qalan məbləği isə həmin şirkətlər mənimsəyir. Bir neçə ay əvvəl isə vəziyyət daha da pis olub, çünki hərbi qulluqçular üçün ayrılan məbləğin böyük hissəsi xidmət göstərən təşkilatlara çatıb. Bir sözlə, hərbi qulluqçuların müalicə və istirahəti üçün nəzərdə tutulmuş məbləğ realda onlara çatmır. 

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info