Azərbaycan BƏƏ ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir
Tarix: 02.05.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Əvvəlki illərlə müqayisədə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon dollardan bir qədər artıq olub. Bununla belə, hazırkı göstəricilər iki ölkənin potensialına cavab vermir və qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu rəqəmi 500-600 milyon dollaradək artırmaq mümkündür. Xüsusilə kənd təsərrüfatı, turizm və inşaat sektorlarında əməkdaşlıq üçün böyük imkanlar var.Bu fikirlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun Dubay Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Məcid Saif Əl Ğureyr və Palatanın prezidenti və baş icraçı direktoru Həmad Buamim ilə görüşü zamanı səsləndirilib.Səfirlikdən  bildiriblər ki, görüşdə D.Şikarov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı səmərəli münasibətlərin formalaşdığını və Azərbaycanın bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu qeyd edərək, Azərbaycan və BƏƏ arasında həm hökumətlərarası səviyyədə, həm də xalqlar arasında gözəl münasibətlər mövcud olduğunu vurğulayıb. Səfir bildirib ki, Azərbaycan xalqı BƏƏ xalqını özünə yaxın dost və qardaş hesab edir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində iki dövlətin bir-birinə göstərdiyi daimi dəstək bunun ən gözəl təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfəri bu əməkdaşlığın inkişafına əlavə təkan verib. Bu səfərlər iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.Azərbaycanın ekoloji təmiz, yüksək keyfiyyətli və eyni zamanda, ucuz kənd təsərrüfatı məhsulları ilə Dubayı təmin edə biləcəyini deyən səfir məhsulların bu ölkənin bazarına çıxışı üçün Dubay Ticarət Palatası tərəfindən də müvafiq dəstəyin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.
D.Şikarov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən müsbət iqtisadi dinamika, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar, həyata keçirilən iri inşaat və infrastruktur layihələri haqqında qarşı tərəfi məlumatlandıraraq, iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin imkanlarından istifadə etməyə dəvət edib.Turizm sahəsindəki əməkdaşlığa da toxunan səfir bu istiqamətdə son aylarda yaşanan dinamizmin məmnunluq doğurduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-dən turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Məsələn, əgər 2015-ci il ərzində BƏƏ-dən Azərbaycana cəmi 2500-3000 turist səfər etmişdisə, 2016-cı ilin təkcə mart ayında bu göstərici 3000-dən çox olub. Azərbaycanın təbii gözəllikləri, getdikcə inkişaf edən və ilin dörd fəsli istirahətə imkan verən turizm infrastrukturu, zəngin mətbəxi və qonaqpərvərliyi ölkəmizə turist axınının daha da sürətlənəcəyini deməyə əsas verir.Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əlaqələrin inkişafına verdiyi əhəmiyyəti vurğulayan Məcid Saif Əl Ğureyr qeyd edib ki, iki ölkənin rəhbərliyi arasındakı sıx münasibətlər bütün digər sahələrin inkişafına müsbət təsirini göstərir. Azərbaycan son illər çox sürətli inkişaf yolu keçib və bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dubay Ticarət Palatasının təşkil etdiyi və bu regionu əhatə edən bütün beynəlxalq tədbirlərdə Azərbaycana xüsusi önəm verilir. Bu önəmin göstəricisidir ki, Dubay Ticarət Palatasının ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə məhz Bakıda açılıb və artıq bu nümayəndəliyin xətti ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Bunun davamı kimi, cari il mayın 9-11-də Dubay Ticarət Palatasının ərzaq məhsullarının idxalatçısı olan şirkətlərdən ibarət nümayəndə heyətinin Azərbaycana ticarət missiyası nəzərdə tutulub. Bu missiya Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsullarının Dubay və bütövlükdə BƏƏ bazarına çıxışı üçün əlavə imkanlar açacaq.BƏƏ vətəndaşlarının Azərbaycanı turizm məkanı kimi yeni kəşf etdiklərini deyən Əl Ğureyr əvvəllər BƏƏ istiqamətində müşahidə olunan turist axınının indi əks istiqamətə yönəldiyini vurğulayıb. O, bu göstəricilərin yaxın illərdə kəskin artacağına inandığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info