142-“Çağrı mərkəzi“nə daxil olan müraciətlərin 98,1 faizi sorğu xarakterli olub
Tarix: 02.05.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əhaliyə xidmətlərin elektron əsaslar üzərində şəffaflaşdırılması bu sahələr üzrə şikayət xarakterli müraciətlərin minimuma enməsi, edilən müraciətlərin isə əsasən sorğu xarakteri daşıması ilə müşahidə olunur. Belə ki, cari ilin aprel ayında nazirliyin 142-“Çağrı mərkəzi”nə daxil olan 15433 müraciətin 15145-ini (98,1 faiz) də məhz nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar vətəndaşların sorğu xarakterli müraciətləri təşkil edib.
Bütün sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ümumilikdə ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 49,6 faizi sosial təminat, 14,9 faizi əmək qanunvericiliyi, 19 faizi nazirliyin elektron xidmətlərindən istifadə 8,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2 faizi isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artmaqda davam edir. Bunun daha bir ifadəsi kimi, son bir ayda 142-“Çağrı mərkəzi”nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34 faiz, fevral ayı ilə müqayisədə 18 faiz, mart ayı ilə müqayisədə isə 15,1 faiz artıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info