“AtaBank” yenidən “Tour d’Azerbaidjan”da
Tarix: 02.05.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Mayın 4-dən 8-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna yenidən dəstək olaraq “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcək.
5 gün boyunca velosipedçiləri ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.
Qeyd etmək istərdik ki, “AtaBank” ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və ölkəmizin qonaqlarına dəfələrlə “AtaMatik” səyyar bankomat xidmət edib.
Bütün idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırırıq.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info