“Armlur.am”: “Ermənistan üçün əsas düşmən Azərbaycan deyil, erməni vətəndaşlardır”
Tarix: 02.05.2016 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Ermənistanda polislərin sayı ilə bağlı açıqlanan rəsmi rəqəmlər reallığı əks etdirmir”. Bu barədə Ermənistanın “armlur.am” saytında material dərc olunub. Məlumatda bildirilir ki, ölkədə polis əməkdaşlarının sayı olduğundan qat-qat az göstərilir. 
“Ermənistanda polislərin sayı əhalinin sayına görə digər ölkələrlə müqayisədə iki dəfə artıqdır. Ölkədə polisin əsas vəzifəsi hazırkı iqtidar əleyhinə aksiyalara imkan verməməkdir”- deyə, məlumatda bildirilib. 
Sayt bildirir ki, Ermənistan hakimiyyəti üçün dövlət sərhədinin qorunması vacib deyil: “Hərbi qulluqçuların acınacaqlı vəziyyətdə olması bunu sübuta yetirir. Hakimiyyət öz maraqlarına cavab verən istiqamətlər üçün vəsait ayırır. Öz postlarının itirilməməsi onlar əsas şərtdir. Hökumət bu məqsədinə çatmaq üçün “Vova” ləqəbli polis rəisi Vladimir Qasparyanın “polis komandasına” etibar edir. Ermənistan üçün əsas düşmən Azərbaycan deyil, öz daxilindəki erməni vətəndaşlardır. Ən böyük qorxuları erməni vətəndaşların etiraz aksiyalarıdır”.
Məlumatda qeyd olunub ki, bu il aprelin əvvəlində başlamış 4 günlük qarşıdurma zamanı təmas xəttinə gedən xeyli sayda erməni könüllü özlərinin məişət problemlərini mövqelərə göndərilən ərzaq məhsulları ilə həll etməyə çalışır: “Əslində ordu yerli sakinlər və müəyyən təşkilatların yardımı ilə yox, dövlət büdcəsindən ayrılan vəsaitlə saxlanmalıdır. Digər problem təmas xəttinə gedən könüllülərə müddətdən artıq xidmət etmiş hərbi qulluqçu statusu probleminin həllidir. Hazırda onların əmək haqqı 150 min dramdır (469 AZN)”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info