Heydər Əliyev Universitetinin 205-ci məşğələsi keçirilib
Tarix: 02.05.2016 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin nəzdindəki Heydər Əliyev Universitetinin “Heydər Əliyev və müasir Azərbaycan” mövzusuna həsr olunmuş növbəti - 205-ci məşğələsini giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın müstəqilliyəqədərki dövrdə və müstəqillik illərindəki ictimai-siyasi həyatının bütün sahələrində reallaşdırdığı islahatlardan, əvəzolunmaz xidmətlərindən söz açıb.
Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, iqtisadi cəhətdən ağır və qarışıq dövründə nümayiş etdirdiyi cəsarəti, siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanın həyatında taleyüklü qərarlar qəbul olunmuş, ölkədə siyasi stabillik bərqərar olunmuş, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Zəhmət Şahverdiyev “Heydər Əliyev və Azərbaycan müstəqilliyi” adlı məruzəsində bildirib ki, Heydər Əliyevin 1969-cu ildə ölkəyə ilk rəhbərliyi dövründə Azərbaycan sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə getdi. Azərbaycan possovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü dedi və respublikamızın ovaxtkı tarixi çox uğurlu oldu. Ulu öndərin 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi hökm sürən dövrdə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyuldu. Bu gün ulu öndərin siyasi xətti ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır.
Nərmin Cabbarova
Aqşin Məhərrəmov




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info