Diplomatımız ermənilərin yalan təbliğatını ifşa edib
Tarix: 02.05.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda (Instituto Affari Internazionali) Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə “Changing Patterns of Conflict and Geopolitical Alignments in the Caucasus: Implications for Europe” adlı seminar keçirilib. 
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, S.Kornell çıxışında regiondakı münaqişələrə toxunub, Qərbin və Rusiyanın regiondakı siyasətindən bəhs edib. 
Sonra S. Kornell Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə sualı cavablandırıb: “Din nəyə görə amil olmalıdır?! Cənubi Qafqaz ölkələrindən ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı dinə mənsub olan şəxslərə qarşı ayrı-seçkilik aparılmır”. 
Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev isə Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökumətinin, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirin. O, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon olmaqla, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb. 
Ermənistan səfirliyinin əməkdaşı isə cavab olaraq ölkəsinin heç vaxt münaqişənin dini xarakter daşıdığını bəyan etmədiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info