Avropanı ekoloji fəlakət gözləyir
Tarix: 02.05.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Son dövrlərdə təhlükəli anomal proseslərin dinamikası artır, keçən əsrin sonlarından başlamış bu proses dünyada baş verən qlobal iqlim dəyişmələrinin nəticəsidir. Qlobal iqlim dəyişmələrinə səbəb olan əsas amil isə atmosferin yerə yaxın təbəqəsində orta illik temperaturun artmasıdır.
Doğrudan da, son dövrlər iqlim xeyli dəyişir, dünya getdikcə istiləşir. Bu sahə üzrə məşğul olan mətəxəssislər quraqlıq, sellər və fövqəladə hava şərtləri mövzusunda davamlı olaraq xəbərdarlıq edirlər. Unutmaq lazım deyil ki, artmaqda olan iqlim dəyişikliklərinin ən böyük səbəbkarı da, elə insanların özləridir. Dəniz və okeanlara axıdılan çirkab sular, atmosferə atılan qazlar, təbii ki, əks effekt verməkdədir.
Norveçin «Dağbladet» nəşrində Steynar Sulosun dərc etdirdiyi məqalə məhz bu problemə həsr edilib. Müəllif bildirir ki, son dövrlər iqlim dəyişikliyi ilə bağlı baş verənlər bizim gündəlik həyatımızda böyük bir dəyişikliklərə gətirəcək. Ona görə də, müəllif bu istiqamətdə planlaşdırmaya başlamağın vacibliyini lazım bilir. «Avropada iqlim dəyişikliyinə səbəb ola biləcək təhlükələrin qiymətləndirilməsi» adı ilə hazırlanmış hesabatda müəlliflər yaxın 70 ildə Avropada daşqınlar, meşə yanğınları və quraqlıq kimi təbii fəlakətlərin baş verəcəyini proqnozlaşdırırlar.
İqlim dəyişiklərində daha çox Cənubi Avropanın, o cümlədən konkret olaraq İspaniya və Portuqaliyanın əsas zərərçəkən olacaqlarını deyən hesabat müəllifləri, baş verənlərin bu iki ölkənin iqtisadiyyatına böyük i təsir göstərəcəyini iddia edirlər: «Qarşıda gözlənilən on il ərzində Cənubi və Qərbi Avropada vəziyyət daha da pis olacaq. Bu ərazidəki ölkələri dözülməz istilər və sahil ərazilərini isə güclü sellər gözləyir. Bu ölkələrdə qida istehsalı böyük problemlərlə üzləşəcək. Bütün baş verənlər bu ölkələrin iqtisadiyyatlarına da bəsir edəcək».
Məqalə müəllifinin proqnozuna görə, 2080-ci ildən başlayaraq, Cənubi Avropanı hər il isti hava və quraqlıq gözləyir. «Dövrlərin yüzillik istiliyi» kimi dəyərləndirilən bu istilər, böyük ehtimalla 70 dərəcəyə qalxa bilər. Bu ərazilərdə meşə yanğınlarının, sel və fırtınaların artma ehtimalı da çox yüksək olacaq.
Hesabatın bir çoxlarını qorxuda biləcəyini etiraf edən müəllif, reallıqla hesablaşmağın da vacibliyini və hesabatın ciddi və son dərəcə səlahiyyətli tədqiqat sayəsində əldə edildiyini bildirir.
Steynar Sulos məqaləsində Avropanın cənub və qərbində baş verənlərin şimaldan da yan keçməyəcəyini etiraf etsə də, «Norveç və Şimali Avropada vəziyyət qitənin cənub rayonları ilə müqayisədə daha yaxşı olacaq»-deyə bildirir. Lakin Qərbi Avropa-Fransa, Benilux ölkələri və Almaniya demək olar ki, 2020-ci ildən başlayaraq sel və istilərə hazır olmalıdırlar. Bu əraziləri «yüzilliyin quraqlığı» ilə yanaşı, «yüzilliyin daşqınları» gözləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info