Qurban Qurbanov ölkə çempionatları tarixinə yeni rekordçu kimi düşüb
Tarix: 02.05.2016 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb.AZƏRTAC xəbər verir ki, 44 yaşlı mütəxəssis ardıcıl üç dəfə komandası ilə ölkə çempionluğunu bayram edən ilk məşqçi olub.Buna səbəb “Qarabağ”ın Premyer Liqada 2015/2016 mövsümünün çempionu olaraq, ardıcıl üçüncü dəfə qızıl medalları qazanmasıdır. Məlum olub ki, hər üç zəfərdə əməyi keçən Qurban Qurbanovadək heç bir məşqçi bunu bacarmayıb. Ardıcıl üç çempionluq əldə edən “Neftçi” isə bir dəfə Arif Əsədov, iki dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl iki mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını üçə çatdırmaqla şəriklərini arxada qoyub.Ümumiyyətlə, o, baş məşqçi kimi qazanılan qızıl medal sayında B. Hacıyevlə M. Allahverdiyevə (hərəsi 3 dəfə) çatıb. Bu “üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər beş baş məşqçi – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə bir uğuru var.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu oldu
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info