Kuznetsovdan ermənilərə tərs şillə: “Ermənistan cinayətkarları Azərbaycan ərazisindən çıxarmalı...”
Tarix: 02.05.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Youtube” internet resursunda rusiyalı tarixçi və siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsovun “Vestnik Kavkaza” nəşrinin redaksiyasında çıxışının video-yazısı yerləşdirilib. O.Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxışı şərh edir. AZƏRTAC həmin çıxışın mətnini təqdim edir.“Mən hüquqi məsələlər üzərində diqqəti cəmləşdirmək istərdim – bu münaqişə və Dağlıq Qarabağ ətrafında yaranmış indiki vəziyyət Rusiya qanunvericiliyi baxımından necə təsir bağışlayır? İlk növbədə belə bir ritorik sual vermək istərdim: bütün dünyada, Dağlıq Qarabağ münaqişəsinin iştirakçısı olan Ermənistan istisna olmaqla, heç olmasa bircə dövlət varmı ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımasın? Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər regionu götürsək, (Azərbaycana həmhüdud olan digər dövlətlər -Türkiyə, İran, Gürcüstan), dünyanın aparıcı dövlətlərini götürsək (ABŞ, Fransa, BMT-nin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri olan ölkələr), bu dövlətlərdən heç biri Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməyib. Buna görə də, hazırda Ermənistan tərəfindən işğal edilmiş torpaqlar beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burada daha bir ritorik sual səsləndirmək istərdim: dünyada heç olmasa bir ölkə göstərin ki, o, qondarma “dağlıq qarabağ respublikası”nı tanısın. Bu qondarma qurumu Rusiya tanımır. Hətta Ermənistan özü də onun tanımır. Azərbaycan da tanımır. İran, Türkiyə və bundan əvvəl adlarını çəkdiyim siyahı üzrə heç bir dövlət onu tanımır. Buradan nə nəticə çıxır? Gurultulu şəkildə Arsax adlandırılan ərazidəki bütün strukturlar, xüsusən silahlı qurumlar Rusiya Federasiyası cinayət qanunvericiliyinə – Cinayət Məcəlləsinin 208-ci maddəsinə görə qanunsuz silahlı dəstələrdir. Bu barədə mübahisə etmək faydasızdır. Ola bilsin ki, Ermənistanda başqa nöqteyi-nəzər var, lakin Rusiya Cinayət Məcəlləsi baxımından bu, məhz belədir.Daha bir sual yaranır: aprelin 2-5-də münaqişənin eskalasiyasından sonra Ermənistan Müdafiə Nazirliyi həlak olanların və onların dəfn edildiyi yerlərin siyahısını öz saytında dərc edib. Həmin siyahıda Dağlıq Qarabağın bircə sakininin də adı yoxdur. Belə çıxır ki, həmin ərazidəki işğalçı qoşunların tərkibində olan hər bir iştirak ya muzdlu hərbçilik, ya da Rusiya qanunvericiliyi baxımından qanunsuz silahlı dəstələrin müdaxiləsi sayılır. Bir daha deyirəm ki, mən Ermənistan Respublikasının qanunvericiliyini nəzərdə tutmuram.
Buradan belə bir ağlabatan nəticə çıxır: Azərbaycan Respublikası adlanan suveren dövlətin öz ərazisində cinayətkarları məhv etməsini ona kim qadağan edə bilər? Hətta burada toplaşan auditoriyaya daha sərt bir sual vermək istəyirəm: Bunu etməyə kim mane ola bilər? Bir daha təkrar edirəm, cinayətkarların Rusiya cinayət hüquq normaları baxımından məhv edilməsindən söhbət gedir. Əgər belədirsə, onda sual yaranır: qanunsuz silahlı dəstələrlə suveren dövlət arasında münaqişə necə həll edilməlidir? Suveren dövlət ya həmin silahlı dəstələri məhv etməli, ya onları öz ərazisindən sıxışdırıb çıxararaq gəldikləri yerə qaytarmalı, ya da onlara həmhüdud dövlətlərin vətəndaşları arasında qaynayıb-qarışmaq imkanı yaratmalıdır. Başqa sözlə desək, cinayətkarlara imkan verməlidir ki, onlar öz ərazilərinə qayıdaraq qonşu ölkələrin ərazisində öz cinayətkar fəaliyyətini davam etdirsinlər.Dağlıq Qarabağ münaqişəsinin həllinin yenə də Rusiya hüquq sistemi baxımından yeganə ağlabatan variantı var: Ermənistan cinayətkarları Azərbaycan ərazisindən çıxarır və öz ərazisində onları mühakimə edir, paralel olaraq işğal edilmiş əraziləri Azərbaycan Respublikasının yurisdiksiyasına verir. Rusiya qanunvericilik sistemi baxımından başqa variant yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info