TQDK bakalavrların sayını açıqlayıb
Tarix: 01.03.2013 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 623 bakalavrdan 21 083 nəfərinə dair məlumatlar mövcuddur. TQDK-nın Mətbuat xidmətindən verilən xəbərə görə, sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib. TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalavrların sayı 600 nəfərdir.
Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır. Ali təhsil müəssisələrini cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən il bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib. Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsində, ötürülmüş məlumatların tam və düzgün olmasında məsuliyyət daşıyırlar. Məlumatların sistemə vaxtında və düzgün daxil edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində xüsusi maddə nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info