“Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir”
Tarix: 02.05.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhəboyu zonanın ön xəttinə səfər edərək sakinlərlə, hərbi qulluqçularla görüşü bir daha sübut etdi ki, dövlətimizin başçısı həmişə olduğu kimi, ən çətin məqamda da ön xəttə xidmət edən əsgər və zabitlərin, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin yanındadır”.Bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarına səfəri zamanı yerli əhali və hərbi qulluqçularla görüşünün əhəmiyyəti barədə AZƏRTAC-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.General-leytenant Y.Aydəmirov bildirib ki, Ali Baş Komandan səfər çərçivəsində ön xətdəki real vəziyyəti, qoşunların döyüş hazırlığının səviyyəsini yoxladı, mühüm tapşırıqlarını verdi. Bu səfər Azərbaycan Prezidentinin bütün məsələləri daim şəxsi nəzarətində saxladığını, bilavasitə yerlərə səfər edərək vəziyyəti ətraflı qiymətləndirdiyini və lazımi qərarlar qəbul edərək vacib tapşırıqlar verdiyini bir daha göstərdi. Həmçinin onu sübut etdi ki, Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir və Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info