“TANAP-ın tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur”
Tarix: 03.05.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur.
Bu barədə “Naturalgaseurope.com”a açıqlamasında SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. O bildirib ki, aşağı neft qiymətləri və xarici kreditlər üçün ehtiyacın yaranmasına baxmayaraq TANAP-ın inşası proqnozlaşdırılan qrafik üzrə davam etdirilir. Yaxın vaxtlarda layihəyə Dünya Bankı və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən 2 milyard 130 milyon dollar vəsait ayrılacaq. Həmin vəsait TANAP-ın 30 faizlik səhmdarı olan Türkiyənin “Botaş” şirkətinə veriləcək və boru kəmərin 780 kilometrlik hissəsinin tikintisinə yönəldiləcək. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin 2023-cü ildə illik 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri təxminən 9,8 milyard dollar qiymətləndirilir. TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info