“The Guardian”: “Dustaqların təkadamlıq kamerada saxlanması Avropada yeni deyil”
Tarix: 03.05.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“Avropa həbsxanalarında məhdudlaşdırmalardan siyasi istifadə ilə bağlı narahatlıqlar var”

Avropa həbsxanaları terror təhdidlərinə mane olmaq adı altında məhbusları təcridi şəkildə saxlamağa müraciət etməyə başlayıblar. Bu metoda müracət edən məhbəslərin sayı durmadan artır. Halbuki insan haqları qoruyucuları, məhbusları müdafiə edən vəkillər bunun əks-təsirləri ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər:
“Terror təhdidi Fransa, Belçika və Niderlandı vadar edir ki, radikalizmin qarşısını almaq üçün məhbusları təcrid etsin. Belçikada təxminən 35 adam təcrid olunmuş şəkildə yaşayır. Onlar sutkanın 23 saatını özlərinin tənha hücrələrində keçirirlər. Bir saatı isə kiçik istirahət həyətində yenə də tək gəzməli olurlar.
Fransada da naməlum sayda terrorda şübhəli bilinən şəxslər təcridi halda saxlanılırlar. Fransa da artıq bu cür bir neçə təcridi yer təşkil edib. Bundan başqa, heç bir reabilitasiya və terapevtik proqramın olmaması da ona dəlalət edir ki, məhbuslar günün əksər hissəsini öz hücrələrində saxlanılırlar.

“Məhbusların bu cür təcrid olunmuş şəkildə saxlanılması özündə həm də işgəncə və qəddar münasibəti ehtiva edə bilər: “Bundan baqşa, məhbusların təcrid olunması, təkcə qeyri-insani yox, həm də nəticəsiz ola bilər”

Oksford Universitetinin Hüquq fakültəsinin araşdırma üzrə əməkdaşı Şaron Şalev bildirib: “Mən çox narahatam ki, terrorçuların təcrid olunması və onlar üçün təcridedici yerlər tikilməsi ilə bağlı siyasi təzyiqlər var. Bunu ictimaiyyət, məhbəs administrasiyaları və siyasətçilər soyuqqanlı qarşılamalıdırlar”.
O da qeyd edilir ki, Avropada məhbusların təcridi halda saxlanılması hallarının artmasına baxmayaraq, qitə ABŞ-la bu məsələdə müqayisədə çox “geridədir”: “ABŞ-da 100 min nəfər insan təcrid olunmuş vəziyyətdə kameralarda saxlanılır. Bu sahədə lider olan ABŞ, həm də bu şəraitdə saxlanılan məhbuslarının sayına görə, Böyük Britaniya, Fransa və Almaniyanı geridə qoyur.
Buna baxmayaraq, insan haqları müdafiəçiləri məhbusları bu cür təcridetmənin psixoloji və fiziki faktorları ilə bağlı narahatlıqlarını bildirirlər. Onlar deyirlər ki, məhbusların bu cür təcrid olunmuş şəkildə saxlanılması özündə həm də işgəncə və qəddar münasibəti ehtiva edə bilər: “Bundan baqşa, məhbusların təcrid olunması, təkcə qeyri-insani yox, həm də nəticəsiz ola bilər”. Bu barədə tənqidçilər onu da bildirirlər ki, belə bir təcrübə insanları ekstremist ideyalara münasibətdə daha “dişbatan” edə bilər. Onlar əlavə edirlər ki, məhbuslar arasında rabitənin aradan qaldırılması, əslində, tez-tez mümkünsüz olur.
O da əlavə edilir ki, dustaqların təcridi Avropada yeni deyil və bu, təkcə terrorçulara tətbiq edilməyib. Yəni digər məhbuslar da bu cür təcridə məruz qalıblar.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info