Azərbaycan Prezidenti səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır
Tarix: 03.05.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Bugünlərdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Prezident hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Həmçinin Prezident və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər. Prezidentin bu səfəri bir daha dövlət başçısının bütün məsələləri şəxsi nəzarətində saxladığını və hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşdığını göstərir. Bu gün hər bir ölkə vətəndaşı Prezidentin cəbhə bölgəsinə səfərini yüksək qiymətləndirir və bunun xalqımızda və ordumuzda ruh yüksəkliyinə səbəb olduğunu deyir.

“Bu səfər insanlarda böyük ruh yüksəkliyi yaradıb”

Millət vəkili Tahir Rzayev bildirdi ki, Prezidentimiz ulu öndər Heydər Əliyevin ideyalarını sədaqətlə yerinə yetirən, onun iş üslubuna yiyələnmiş bir insandır və üslubunu yaşadır: “Çünki Heydər Əliyev də hakimiyyətə gəldiyi dövrdə ilk səfərini cəbhə bölgələrinə və ön xəttə etdi. Bu gün İlham Əliyevin cəbhə bölgəsinə getməsi, əsgərlərlə görüşməsi, yaralıların yanında olması insanlarda böyük ruh yüksəkliyi yaradıb. Onsuzda aprel ayında bizim ordumuzun müvəffəqiyyətləri insanları ruhlandırmışdı. Ölkə başçısının da bu səfəri dəstəyin ən böyük nümunəsidir. Bu onu göstərir ki, xalqla, ordu ilə Prezident bir yerdədir. İndiki vəziyyətdə oraya getmək, indiki müharibə şəraitində risk olsa da, ölkə başçısı həyat yoldaşı ilə bunu etdi və göstərdi ki, mən də yeri gəldikdə həyatımı riskə qoya bilərəm, sizlə bir cəbhədə vuruşa bilərəm və vuruşuram. Mən rayonlardakı sakinlərlə əlaqə saxlamışam və onlar bildirirlər ki, ölkə başçısı gəlib bizə çox böyük ruh yüksəkliyi verdi. İnsanlarda belə bir təsəvvür var idi ki, ermənilər davamlı atəş atacaqlar, dayanmayacaqlar. Ancaq Prezidentin gedişi onlara yeni bir mənəvi ruh verdi, insanların orada daha da möhkəmlənməsinə stimul oldu. Bizim hər birimiz çətinliyə düşdükdə yanımızda bir ağsaqqalımızı gördükdə özümüzdə bir qüvvə hiss edirik. Prezidentin cəbhəyə getməsi gələcək nailiyyətlərimizin əsasıdır. Ölkə başçısı göstərdi ki, xalqımıza, orduya qayğı, dəstək var. Biz həmin bölgələrdə olarkən gördük ki, bir vaxtlar insanlarda böyük narahatçılıq var idi, amma indi heç bir sakin kədərlənmir, yüksək əhvali- ruhiyyədədirlər. Ölkə başçısının oraya getməsi, maraqlanması onlara qüvvət verir. Nəinki ölkəmizdə, bütün türk dünyası görür ki, Prezident cəbhədədir, yaralıların, ziyan çəkən insanların yanındadır. Onların problemlərini dinləyir, aradan qaldırılması üçün tapşırıqlar verir. Müharibə şəraitində bu, çox vacibdir. İnanırıq ki, bu birlik bizim qələbələrimizi təmin edəcək”.

“Prezidentin əhali, ordumuzun əsgərləri ilə görüşməsi vətəndaş cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir”
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni isə bildirdi ki, vətəndaş cəmiyyəti ölkə başçısının həm ordu quruculuğunda, həm beynəlxalq aləmdə Azərbaycanın tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir: “Eyni zamanda ölkəmizin iqtisadi cəhətdən inkişafı ilə bağlı dəfələrlə bildirmişik ki, son dövrlərdə aparılan siyasət ölkəmizin böyük gələcəyindən xəbər verir. Ölkəmizdə keçirilən forumlar onu göstərir ki, Azərbaycan indi təkcə turizm, idman mərkəzi deyil, həm də dialoqlar, düşüncə mərkəzidir. Dünya liderlərinin buraya toplanması Azərbaycanın, həqiqətən də bir dialoq mərkəzi olduğunu göstərir. Yaxşı haldır ki, Foruma gələn dünyanın aparıcı kütləvi informasiya vasitələri də gerçəkliyi, real vəziyyəti, ermənilərin heç bir sülhə gəlmək istəməməsini, mülki əhalinin atəşə tutmasını gedib gözləri ilə gördülər. Ölkə başçısının Ali Baş Komandan olaraq, xanımı Mehriban Əliyeva ilə birgə döyüş bölgəsinə getməsi, vəziyyətlə tanış olması, əhali, ordumuzun əsgərləri ilə görüşməsi vətəndaş cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Əhali də deyir ki, buna çox böyük ehtiyac var və Ali Baş Komandan bu gün döyüş bölgəsindədirsə, demək, döyüş ruhu bir az da yüksəlir. Onların əhali görüşməsi çox böyük birməsələdir. Bu ruh yüksəkliyi ilə xalqımız, vətəndaşlarımız və ordumuzun birliyilə dövlət tərəfindən qarşımıza qoyulan məqsəd və vəzifələri yerinə yetirməliyik. Ölkə başçısı 2003-cü ildə Prezident seçilərkən bildirmişdi ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm”. O, öz fəaliyyəti dövründə də bunu sübut etdi. Bu gün da həm ölkə başçısı, həm də Ali Baş komandan kimi döyüş bölgəsinə getməsi, əhalilə ünsiyyətdə olması, onlara dəyən ziyanın bərpa olunacağını deməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb”.

“Cəbhə xəttində yaşayanların müdafiəsi gücləndirilir”

Siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, Prezident İlham Əliyevin xanımı ilə cəbhə bölgəsində və demək olar ki, təmas xəttində olan kəndlərdə sakinlərlə görüşməsi,onlara dəstək olması,yaralılara baş çəkməsi onun bütün Azərbaycan xalqının rəhbəri olmasından xəbər verir: “Çünki bu addımı ancaq vətəni, xalqı, sakinlərini, vətəndaşlarını və onların rifahını hər məhfumdan üstün tutan, dövlətçiliyin məhz bununla ölçüldüyünü duyan rəhbər ata bilər. Təbii ki, bu, vətəndaşlar üçün böyük dəstək və dayaqdır. Prezident İlham Əlıiyevin atəşkəsin hər an pozulduğu bir vaxtda, erməni və havadarlarının təxribat əməllərinin öz pik vəziyyətinə çatdığı anda cəbhə bölgəsinə səfər etməsi və Ali Baş Komandan kimi hərbçilərlə görüşməsi, təbii ki, hərbçilərin qələbə ruhuna və döyüş əzminə müsbət təsir göstərən ən mühüm şərtlərdən biridir. Bundan başqa Prezidentin hərbçilərə mükafatları məhz cəbhə bölgəsində şəxsən təqdim etməsi də təqdirəlayiq bir haldır və hər bir hərbçi üçün yaddaqalan və mühüm bir andır. Bu səfər onu göstərir ki, Prezident cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Eləcə də dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür”.

“Ordu və yerli əhalinin dövlət başçısının səfərindən xeyli razı qaldığını müşahidə etdik”

“Yaddan çıxarmamalıyıq ki, Prezident həm də Ali Baş Komandandır. Bütün xalqın diqqəti cəbhə xəttinə yönəlib və Prezidentin xanımı ilə cəbhə bölgəsinə səfər etməsi yerində və təqdirəlayiq addımdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov söyləyib. R. Musabəyov Ali Baş Komandanın bu addımının hər kəs tərəfindən müsbət qarşılandığını vurğulayıb.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri F. Mustafa bildirib ki, dövlət başçısı və xanımının atəş altında, çətin vəziyyətdə olan bölgələrə səfəri nümunəvi addımdır: “Çünki bu gün insanların daha çox mənəvi dəstəyə ehtiyacı var. Həm də maddi itkilər baxımından problemləri dövlət başçısının birbaşa özünün müşahidə etməsi vacibdir. Ona görə ki, bir çox halda yerlərdə vətəndaşların problemlərinin həllinə bir az səthi yanaşa bilərlər. Amma Prezidentin səfərindən sonra artıq orada evləri dağılmış insanlara tam mənası ilə ciddi dəstək veriləcək. Bu baxımdan dövlət başçısının səfəri çox müsbət addımdır. Yaxşı haldır ki, dövlət başçısı bu səfərlərə hər dəfə belə əhəmiyyət verir. Əhali ilə birbaşa görüşmək, təsəlli vermək, onlarla söhbətləşmək mühümdür”. F. Mustafa digər rəsmiləri dövlət başçısından nümunə götürməyə çağırıb: “Nazirlər Kabinetinin bütün üzvləri də belə addım atmalıdırlar. Çünki hər yerə Prezidentin getməyə imkanı və vaxtı yoxdur. Harada dağıntılar, problemlər varsa, Nazirlər Kabinetin üzvlərinin o ailələrlə də görüşməsi yaxşı olardı”.
Politoloq Qabil Hüseynli də dövlət başçısının cəbhə bölgəsinə səfərinin çox əhəmiyyətli olduğunu bildirib: “Çünki mülki əhali son günlər erməni təcavüzkarlarının atəşinə məruz qalmışdı. Həm cəbhə bölgəsində əhalinin problemlərinin öyrənilməsi, həm də ruh yüksəkliyi baxımından səfərin əhəmiyyəti böyükdür. Eyni zamanda hərbçilərin də ruh yüksəkliyinin qorunub saxlanılması baxımından səfər böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti xanımı ilə birlikdə həm əsgərlərlə görüşdü, onların şəraiti, döyüş vəziyyəti ilə yaxından tanış oldu, həm də atəş altında qalmış evlərə baxdı, həmin evlərin təcili bərpa edilməsinə tapşırıq verdi. Beləliklə, Azərbaycan Prezidenti Ali Baş Komandan kimi göstərdi ki, orduya hərtərəfli qayğı göstərir, cəbhə bölgəsinin sakinlərinin həyat şəraiti diqqət mərkəzindədir. Ordu və yerli əhalinin dövlət başçısının səfərindən xeyli razı qaldığını müşahidə etdik. O insanlar gördülər ki, dövlət ciddi ordu quruculuğu ilə məşğuldur. Prezidentin cəbhə bölgəsində verdiyi bəyanatda da vurğulandı ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün lazım olan bütün vasitələrdən istifadə edəcək. Dövlət başçısının yüksək əhvali-ruhiyyədə olması və prinsipial mövqedə dayanması orduya və əhaliyə də sirayət etdi. Bu, indiki həssas məqamda həm də dünyaya cəsarətli mövqenin nümayişi idi. Azərbaycan Prezidenti göstərdi ki, kənar təzyiqlərə, təlqinlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyündən imtina etməyəcək”.
Hərbi ekspert Üzeyir Cəfərli indiki həssas məqamda Ali Baş komandanın cəbhə bölgəsinə səfərinin önəmli və cəsarətli addım olduğunu qeyd edib: “Ali Baş Komandanın cəbhə bölgəsinə getməsi, əsgərlərə baş çəkməsi, mülki vətəndaşlarla görüşməsi heç nə ilə müqayisə olunmayacaq bir hadisədir. Bu, belə də olmalı idi. Silahlı Qüvvələrimizin son əməliyyatı Qarabağın işğaldan azad olunacağı ilə bağlı ümidlərimizi daha da artırdı. Ali Baş Komandan da əsgərlərə, zabitlərə baş çəkərək bəyan etdi ki, Azərbaycan bu durumla barışmayacaq, bunun davamı olacaq. İnşallah, davamı da çox tezliklə özünü göstərməlidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info