“İlk məqsəd Azərbaycana qalib gəlməkdir”
Tarix: 03.05.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Portuqaliya yığması hər dəfə Avropa çempionatına birinci olmaq üçün qatılıb. Bu dəfə də elə olacaq”.
Bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elio Souza deyib. Mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək Avropa çempionatında Pireney təmsilçisi yığmamızla eyni qrupda mübarizə aparacaq. Bakıya bu gün gələcək portuqalların çalışdırıcısı səfərdən əvvəl ölkəsinin mətbuatına müsahibə verib. Güclü heyətlərinin olduğunu deyən Souza Bakıdakı yarışın yetirmələrinə yaxşı imkan yaradacağını bildirib: “Bizim öz oyun tərzimiz var və çalışırıq ki, onu daha da inkişaf etdirək. Portuqaliyalı futbolçular istənilən oyun tərzinə asanlıqla uyğunlaşırlar. Azərbaycan səfərindən öncə hazırlığımızla bağlı özümüzə hesabat veririk. Bu, bizə yarışöncəsi yaxşı təcrübə qazandıracaq. Potensiallı oyunçularımız var. Avropa çempionatı bütün dünyada yayımlanacaq. Odur ki, komandamızın üzvləri Azərbaycanda özlərini yaxşı tərəfdən göstərməklə, böyük futbolda ilk addımlarını ata bilərlər”. Təcrübəli mütəxəssis indiki məqamda Azərbaycanla oyun barədə düşündüklərini deyib. Onun sözlərinə görə, Portuqaliya yığmasının AÇ-də minimum məqsədi finala yüksəlmək olacaq: “Biz Avropanın ən güclüləri sırasında yer alırıq. Odur ki, qrupdakı hər oyunda üstün cəhətlərimizi nümayiş etdirməliyik. İstəyirik ki, hər dəfə əvvəlki matçla müqayisədə daha keyfiyyətli futbol sərgiləyək. Düzdür, bu, böyük fiziki hazırlıq tələb edir. Ancaq biz fiziki cəhətdən də hazır olduğumuzu isbatlamışıq. Hər oyuna qələbə üçün çıxacağıq. Hərçənd ki, rəqiblərimizin bunu əngəlləməyə çalışacağını da bilirik. Lakin hər görüşü qalibiyyətlə başa vurmaq gücündə olduğumuza əminik. İlk növbədə qrupdan çıxmalıyıq ki, filmin ardını gətirək. İlk məqsəd Azərbaycana qalib gəlməkdi. Çünki turnirə necə başlamağın böyük önəm kəsb edir. Daha sonra isə Şotlandiyanı məğlub etmək barədə düşünəcəyik. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb
19.07.2019
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19.07.2019
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19.07.2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info