Cəbhə bölgəsinin sakinləri: “Ali Baş Komandana və ordumuza güvənirik”
Tarix: 03.05.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə xəttində yerləşən kəndlərdə sakinlərlə görüşü düşmənlə üz-üzə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradıb. Dövlətimizin başçısının daim diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Ağdam rayonunun cəbhəyanı kəndlərinin sakinləri Ali Baş Komandanın təmas xəttində yerləşən yaşayış məntəqələrinə getməsini, çətin vaxtda onların yanında olmasını yüksək qiymətləndirirlər.Rayonun Evoğlu kənd sakini Eldar Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Düşmənin bir neçə kilometrliyində, atəş altında yaşamağımıza baxmayaraq Prezidentimizə, ordumuza güvənir, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanırıq. Ali Baş Komandanın cəbhə bölgəsinə bu səfəri tezliklə qələbə qazanacağımıza inamımızı daha da artırdı”.
Qaradağlı kənd sakini Rəşad Əliyev: “Noyabrın 27-dən 28-ə keçən gecə ermənilərin atdığı mərmilərdən biri evimin qarşısına düşüb. Lakin buna baxmayaraq, bir gün də olsun evimi, kəndimi tərk etməmişəm. Bunun səbəbi isə Vətənə məhəbbətim, Prezidentimə və ordumuza güvənimdir. Televiziya ilə Prezidentin cəbhə bölgəsinə səfərini, sakinlərlə görüşüb söhbət etməsini izlədim. Əminəm ki, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Bir ağdamlı gənc olaraq hər zaman Ali Baş Komandanın əmri ilə düşmən tapdağında olan ərazilərimizin azadlığı uğrunda döyüşə getməyə hazıram”.Qaradağlı kəndinin digər sakini Rizvan Zeynalov fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin düşmənlə təmas xəttində yerləşən kəndlərə gəlməsi camaatımızda böyük ruh yüksəkliyi yaradıb. Qələbəyə inamı artırıb. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti dəstəkləyirəm və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq müstəvidə, xalqımızın mənafeyiə uyğun həllinə inanıram. Məsələ sülh yolu ilə həll olunmasa, yenə də qələbənin bizimlə olacağına şübhəm yoxdur. Biz Prezidentimizə və ordumuza arxayınıq”.Rzalar kənd sakini Azilə Quliyeva isə bildirib: “Biz burada atəş altında yaşayırıq. Xain düşmənin kəndi atəşə tutması həyatımızı çətinləşdirib. Lakin arxayınıq. Bilirik ki, Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti sayəsində qalib gələcəyik. Dövlətimizin başçısının xanımı ilə birlikdə cəbhə bölgəsinə səfərini eşidəndə, bu arxayınlığımız daha da artdı. İnşallah şanlı bayrağımız tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info