ABŞ-da Azərbaycana dair kitabça nəşr olunub
Tarix: 03.05.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los Ancelesdə Azərbaycana dair kitabça nəşr edilib. 
Baş Konsulluqdan verilən xəbərə görə, “Azerbaijan: Land of Hope, Tolerance and Inspiration” adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir. Kitabçada Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, “Cənub Qaz Dəhlizi” layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur. Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır. 
Azərbaycanın zəngin mədəniyyətinin konkret faktlarla işıqlandırıldığı kitabçada Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin qorunmasında, təbliğində və dünyada tanıdılmasında oynadığı önəmli rol qeyd olunur. 
Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də öz əksini tapıb.
 
Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info