Rusiyada pulsuz torpaq paylanacaq
Tarix: 03.05.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin ölkənin Uzaq Şərq regionunda pulsuz torpaq paylanılmasına dair qanunu imzalayıb. Fins.az xəbər verir ki, “Uzaq Şərq hektarı” barədə sənədə əsasən, hər bir Rusiya vətəndaşı Uzaq Şərqdə 5 illik müddətə pulsuz istifadə etmək üçün 1 hektar torpaq sahəsi əldə edə biləcək. Daha sonra bu torpağı icarəyə götürmək və yaxud onu şəxsi mülkiyyətə keçirmək mümkün olacaq.Ruslara torpaq dövlət və ya bələdiyyə mülkiyyətindən veriləcək. Torpağı icarəyə götürənlər və yaxud alanlar onu istifadə etmədikdə əmlak müsadirə ediləcək.Eyni zamanda, qanuna görə, əcnəbilər - vətəndaşlığı olmayan şəxslərə, eləcə də nizamnamə kapitalında xarici şirkətlərin payı olan hüquqi şəxslərə həmin torpaqları ala və yaxud icarəyə götürə bilməyəcəklər.“Pulsuz hektar”ları Yakutiya, Kamçatka, Primorsk, Xabarovsk diyarlarında, Amur, Maqadan, Saxalin vilayətlərində, Yəhudi muxtar vilayətində, həmçinin Çukotkada almaq olar. Xatırladaq ki, bu ideyanı ötən ilin yanvarında prezidentlə görüşündə onun Uzaq Şərq dairəsindəki elçisi Yuriy Trutnev irəli sürüb. Onun sözlərinə görə, hazırda Uzaq Şərqdə 614 milyon hektar istifadəsiz ərazi var.Vladimir Putin bu ideyanı müsbət qiymətləndirib və onun Rusiya tarixində artıq həyata keçirildiyini qeyd edib. Noyabrda hökümət rusiyalılara Uzaq Şərqdə pulsuz torpaq ərazilərinin verilməsinə imkan verən qanun layihəsini dəstəkləyib. Bundan sonra qanun layihəsi Dövlət Dumasına təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info