Bakıda seminar keçirilir
Tarix: 03.05.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda “Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTİF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları” mövzusunda seminar başlayıb. 
Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirdə Pakistan Dəmir Yolları, Gürcüstan Dəmir Yolu SC,  Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolu, “Railway Working Group” şirkət, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi,  Dəmir Yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF),  Beynəlxalq Dəmir Yolu Komitəsi (CİT) və İran İslam Respublikası Dəmir Yollarının nümayəndə heyətləri iştirak edir. 
 Tədbirin açılış  mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Quram Quramişvili, Türkiyə Dövlət Dəmir Yolları Yük daşımaları Departamentinin Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi xanım Nevin Kayqısız çıxış ediblər. İki gün davam edəcək seminarda  “TRACECA regionunda dəmir yolu nəqliyyatının perspektivləri” (məruzəçi TRASEKA Hökumətlərarası Komissiyasında Azərbaycanın milli katibi, Daimi Katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev), “OTIF və KOTIF, üstünlüklər və əlavə dəyərlər” (OTIF-in baş katibi Fransua Davenne),  “Lüksemburq Dəmir Yolu Protokolu dəmir yolu sənayesini necə dəyişəcək” (“Rail Working Group” şirkətinin sədri Hovard Rozen), “Yeni üzv ölkə kimi Azərbaycan üçün vacib olan tərəflər” (OTİF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), “Yeni üzv ölkə kimi Ukraynanın Praktiki təcrübələri” (UKRZALIZNYTSYA SC-nin Kommersiya Şöbəsinin direktoru Yuriy Merkulov), “Beynəlxalq yük daşınmalarına dair Qaydalar” (OTIF-in Baş katibi Fransua Davenne), “Beynəlxalq yük daşımaları: CİM Dəmir Yol qaiməsi” (Beynəlxalq Dəmir yol Komitəsinin (CİT) Baş katibinin müavini Erik Evtimov), “İran dəmir yolları tərəfindən CİM vahid qaydalarının tətbiqi” (Malekan, İran İslam Respublikasının Dəmir Yolları), “Beynəlxalq sərnişin daşımalarına dair Qaydalar” (OTİF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), “Dəmir yolu nəqliyyat ilə sərnişin daşınmasının ümumi şərtləri: CIV PRR və CIV biletlər” (Beynəlxalq Dəmir Yolu Komitəsinin (CİT) Baş katibinin müavini Erik Evtimov),  “RİD: Dəmir yolu ilə daşınan təhlükəli yüklərin Beynəlxalq daşımalarına dair qaydalar” (Təhlükəli yüklər üzrə bölmə rəhbəri İohan Konrad), “RİD,CİM -in tətbiqi və CİV Unifikasiya qaydaları” (Türkiyə Dövlət Dəmir Yollarının, Yük daşımaları Departamentinin, Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi Nevin Kayqısız), “COTIF və texniki aspektlər: Hərəkət tərkibi ilə bağlı beynəlxalq yüklərin harmonizasiyasının üstünlükləri” (OTIF -in Texnoloji Bölməsinin rəisi Bas Leermakers) mövzularında məsələlər müzakirə olunacaq. Hər seminarın sonunda  qiymətləndirmə aparılacaq. 
Qeyd edək ki, Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF) 1985-ci ildə may ayının 1-də yaradılıb. Təşkilatın fəaliyyəti 9 may 1980-ci il tarixli “Beynəlxalq Dəmir Yolu Daşımaları haqqında Konvensiya” (KOTİF) ilə nizamlanır. Təşkilat 1893-cü ildə yaranan Beynəlxalq Dəmir Yolları Mərkəzi bürosunun əsasında yaradııb. Hazırda Avropa, Şimali Afrika və Asiya qitələrindən 50 ölkə bu təşkilatın üzvüdü. 14 aprel 2015-ci ildə  Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmir Yolu Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla qoşulması haqqında qanun imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info