“Bu, ermənilərin canına vəlvələ salan bir səfər oldu“
Tarix: 03.05.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


"Cənab Prezident İlham Əliyev dediyi sözə həmişə əməl edib. Dövlətimizin başçısı ilk dəfə Prezident seçiləndə demişdi ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Cənab Prezidentin cəbhə bölgəsinə səfəri bu deyilənlərin bir daha təsdiqidir".Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev bu səfəri ilə Azərbaycan xalqı qarşısında öz prezidentlik vəzifəsini necə şərəflə icra etdiyini bir daha nümayiş etdirdi: "Eyni zamanda, beynəlxalq aləmə, düşmənlərimizə bir mesaj verdi ki, "mən həyatım üçün heç bir təhlükədən qorxmadan ən çətin vəziyyətdə, atəş altında yaşayan vətəndaşlarımın yanındayam". Yəni bu səfər zamanı cənab Prezident elə yerlərdə oldu ki, o yerlər erməni silahlı qüvvələrinin dağıtdığı evlər idi, viran qoyduğu ərazilər idi. Həmin vaxt orada hər şey ola bilərdi. Cənab Prezidentimiz bunu bilirdi və bilə-bilə də Azərbaycan xalqına ümid, ürək-dirək vermək üçün, bütün Azərbaycanda ruh yüksəkliyi yaratmaq üçün bu səfəri etdi və Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış o yerləri bir-bir gəzdi, ermənilər tərəfindən atəşə məruz qalaraq yaralanmış insanlarımızın yanında oldu, hər kəslə, əsgərlərimizlə görüşdü. Bu, ermənilərin canına vəlvələ salan bir səfər oldu".E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev bu səfəri ilə düşmənlərə çatdırdı ki, yaxın vaxtlarda bu səfərlər Şuşaya, Xankəndinə, işğal edilmiş başqa ərazilərimizə olacaq: "Bu, əvəzolunmaz bir səfər idi. Cənab Prezident bu səfəri ilə nümayiş etdirdi ki, Azərbaycan torpağının hər qarışı müqəddəsdir və düşməndən azad olunacaq, hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin diqqətindədir, qayğısındadır. Cənab Prezident bu səfəri ilə bir daha təsdiq etdi ki, o öz sağlamlığını, həyatını heç bir sıravi Azərbaycan vətəndaşının sağlamlığından, həyatından üstün tutmur".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info