BBC-də ermənilərin mülki əhalimizə vurduğu ziyanla bağlı məqalə
Tarix: 03.05.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər. Xarici jurnalistlər arasında olan BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb, yerli sakinlərdən müsahibələr götürüb. Məqalədə 65 yaşlı Ələkbər Ələkbərovun aşağıdakı sözlərinə yer verilir: “Evdə oturub çay içə-içə futbola baxırdım. Birdən kəndin üzərinə bombalar yağmağa başladı”.Müəllif yazır: “Erməniləri faşist adlandıran kənd sakini dağılmış evini bizə göstərərək xoşbəxtlikdən sağ qaldığını bildirdi”. “Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin əgər bu, mümkün olmasa, mən doğma Vətənim uğrunda döyüşməyə hazıram”, - deyə Ələkbər Ələkbərov qeyd edir.Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular.“Kəndlərin birində biz qardaşının şəklini qucağında tutan Qənbər Mustafayev və yaxınlarını itirmiş bir neçə sakin ilə görüşdük. Qənbər qardaşının şəhid olduğunu, özünün də Vətən uğrunda canından keçməyə hazır olduğunu bildirdi”, - deyə müəllif diqqətə çatdırır.Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. O deyir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını tələb edən dörd qətnamə qəbul edib. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinə sadiqdir. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycanın tərəfindədir.
Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info