“ASAN imza” Londonda təqdim ediləcək
Tarix: 03.05.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Mayın 10-12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində nüfuzlu beynəlxalq “SDW 2016” konfrans və sərgisi keçiriləcək.Bu il 10-cu yubileyini qeyd edəcək tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir.Konfransa qatılacaq iştirakçıların coğrafiyası genişdir. Belə ki, tədbirdə ümumilikdə 76 ölkədən 1500-dək nümayəndə iştirak edəcək. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq.Konfransda “B.EST Solutions” şirkətinin təsisçisi və rəhbəri xanım Yana Krimpenin məruzə ilə çıxışı nəzərdə tutulub. Xanım Y.Krimpe çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına, həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan “ASAN imza” barədə ətraflı məlumat veriləcək.Konfrans barədə ətraflı məlumatla tədbirin www.sdw2016.com ünvanında yerləşən rəsmi veb-səhifəsində tanış olmaq mümkündür.Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “ASAN imza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir.“B.EST Solutions” şirkəti – “ASAN imza” mobil imza xidmətinin yaradıcısı və operatorudur. “ASAN imza” istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info