400 -ə yaxın erməni Talışdan qaçıb
Tarix: 03.05.2016 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Erməni icmasının əlaqələndiricisi Talış kəndindən 370 erməninin qaçdığını deyib.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşan ermənilər evlərini qoyub qaçır. Onlar Ermənistana gedirlər, artıq 90 erməni ailə Talış kəndindəki evlərini tərk edib. Bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib.
"Aprel müharibəsindən sonra Talış kəndində yaşayan 90 ailə, yəni 370 insan Ermənistanda sığınmaq üçün evlər axtarıb. Onlar problemin həlli üçün hətta hökumətə məktub da göndəriblər".
Bayunstun sözlərinə görə, aprelin 20-dək Talışda evlərini tərk edənlər üçün heç bir tədbir görülməyib. Onlar üçün müəyyən addımlar hələ indi-indi atılır. "Talışdan gələnlərə sığınacaq, müavinət lazımdır. Onların təqaüdləri Ermənistanda verilməli, bəziləri işə düzəlməlidirlər. Hamı əmlakını Talışda qoyaraq çıxıb, evləri də, torpaqları da, işləri də orada qalıb. İndi bu ailələrdən cəmi 5-10 nəfəri Ermənistanda ev ala bilər, amma qalanları özləri-özlərini təmin edə bilməyəcək", - deyərək BayunstAzərbaycanın işğal edilən torpaqlarından qaçan ermənilərin acınacaqlı vəziyyətindən danışıb. 
İndi qaçan əhalinin bir hissəsi qohumlarının evlərində yaşayır. 90 ailədən 12-si İrəvanda, qalanları isə şəhərdən kənar ərazilərdə məskunlaşıb. "Ailələr istənilən yerdə yaşamağa razıdırlar, yetər ki, sığınmağa yerləri olsun. Yardımın bir hissəsini BMT-nin "Missiya Ermənistan" ofisi edib. Bir hissəsinin isə kim tərəfindən olunacağını hələ də gözləyirik", - deyə icma nümayəndəsi əlavə edib
Tural





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info