Faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti xüsusi rol oynayıb
Tarix: 03.05.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsinə əvəzsiz töhfələr verib. Bu müharibədə ölkəmizin 700 minədək vətəndaşı iştirak edib ki, onlardan da 300 minə yaxını həlak olub. Qələbənin qazanılmasında Bakı nefti xüsusi rol oynayıb”. Bu fikirlər mayın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan “Azərbaycan Böyük Vətən müharibəsində” adlı tədbirdə səslənib.Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.“Azərbaycan Böyük Vətən müharibəsində” mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.Ə.Qənizadə diqqətə çatdırıb ki, 1941-1945-ci illər müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərib.
Sonra muzeyin tədqiqatçı-elmi işçisi Sevər Həsənovanın “Vətənə həsr edilən ömür: Sovet İttifaqı qəhrəmanları Xəlil Məmmədov, Əvəz Verdiyev və Ağaşirin Cəfərov haqqında”, muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın “Azərbaycan partizan hərəkatı Qərbi və Şərqi Avropada” mövzularında məruzələri dinlənilib.Digər çıxış edənlər də xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini vurğulayıb, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdikləri xüsusi qeyd olunub.
Böyük Vətən müharibəsi veteranları döyüş xatirələrindən söz açıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışıblar.Sonda “İkinci Dünya müharibəsi və Azərbaycan” adlı qısametrajlı sənədli film nümayiş olunub
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info