Heydər Əliyevin kənd təsərrüfatının inkişafındakı xidmətlərindən bəhs edən konfrans
Tarix: 03.05.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfartı fakültəsində “Heydər Əliyev və Azərbaycanda kənd təsərrüfatının inkişafı” mövzusunda elmi konfrans keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda giriş sözü ilə çıxış edərək dünyaşöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin, keçdiyi şərəfli mübarizə yolunun, təməlini qoyduğu azərbaycançılıq ideologiyasının böyük siyasi məktəb olduğunu vurğulayıb. Rektor qeyd edib ki, ümummilli liderin digər sahələrdə olduğu kimi, ölkədə kənd təsərrüfatının tərəqqisi, əkinəyararlı sahələrin, fermer təsərrüfatının formalaşması və inkişafı, məhsuldarlığın artmırılması, digər mühüm aqrar islahatların həyata keçirilməsi istiqmətində də mühüm xidmətləri var. Botanika kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Musa Piriyev “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının aqrar sahəsindəki islahatlarda görkəmli dövlət xadimi Heydər Əliyevin rolu” adlı məruzəsində dahi öndərin keçən sərin 90-cı illərinin əvvəllərində muxtar respublikanı yaranmış iqtisadi böhran və xaosdan çıxarmaq məqsədilə əhəmiyyətli iqtisadi islahatlar irəli sürməsindən bəhs edib. Qeyd olunub ki, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının 201 kəndində torpaq islahatı başa çatmış, 74 min 538 ailənin xüsusi mülkiyyətinə 55 min 92 hektar torpaq sahəsi verilmişdir. Torpağın xüsusi mülkiyyətə verilməsi ilə aqrar sahədə əmlakın özəlləşdirilməsi də başa çatmış, islahat aparılmış təsərrüfatlarda əmlakın ümumi dəyəri 80 milyard 189 milyon manat olmuşdur. Məruzəşi əsası ümummilli lider tərəfindən qoyulan aqrar siyasətin bugünkü davamının real bəhrələrindən də danışmışdır. Zoologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov “Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin həllində Heydər Əliyevin rolu” mövzusunda məruzə edərək Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikada yaşıllıq ayı keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə əlaqədar burada 100 hektardan artıq meşə zolaqları salınması, bu torpaqqoruyucu meşə zolaqlarının muxtar respublikanın yaşıllaşmasına öz müsbət təsirini göstərməsi barədə məlumat verib. 2003-cü ildə isə ümummilli liderin sərəncamı ilə Şahbuz Dövlət Təbiət Qoruğu və Ordubad Milli Parkının yaradılıb, muxtar respublikanın ekoloji tarazlığının, fauna və florasının qorunması və zənginləşdirilməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib. Baytarlıq təbabəti kafedrasının müəllimi Feyzi İbadov “Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir” adlı məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyev 1980-ci illərin sonlarından etibarən ölkəmizdə yaranan iqtisadi tənəzzülün qarşısını aldı. Bu prosesdə yeni təsərrüfatçılıq mexanizmi işə salındı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırıldı, köklü struktur dəyişiklikləri aparıldı, dövlət mülkiyyəti özəlləşdirildi, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirildi. 1995-ci ilin fevral ayında “Aqrar islahatının əsasları” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul edildikdən sonra aqrar islahatın həyata keçirilməsi üçün sərait yarandı, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil etdi. Konfransda ümummilli liderin ictimai-siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Mehriban Sultan
Naxçıvan Dövlət Universitetinin
Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info