Rayonlara qar yağacaq
Tarix: 01.03.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Bu gün Bakı və Abşeron yarımadasının bəzi yerlərində çiskinli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, bu gün şimal küləyi gündüz mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 11-15 dərəcə olacaq. Martın 3-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək və axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq. Bu gün respublikanın bəzi bölgələrində havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Ayın 3-də havalar əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info