“Çin bazarı uğrunda üç ən böyük neft istehsalçısı mübarizə aparır”
Tarix: 03.05.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Forbes”: “Bazarda neft təklifinin həcmi artacaq”


“Forbes” yazır ki, Çin bazarı uğrunda mübarizə neftin qiymətini fiksiyaya çevirib. Müəllif Kennet Rapozanın fikrincə, neftin 50 dollardan olan qiyməti ticarətin bağlı qalması üzündən, təkliflərin həcmi ilə bağlı heç bir əlaqəyə malik deyil: “Təbii ki, ABŞ-ın ehtiyatları bir qədər azalıb, Çinin iqtisadiyyatı isə yavaşıyır. Amma unutmaq lazım deyil ki, dünyada neftin üç ən böyük istehsalçısı Çin və Avropa bazarları uğrunda mübarizə aparırlar. Rusiya Çini özü üçün bir-iki il öncə açıq elan edib. Rusiya artıq yeni qazötürücüləri tikir. O, Çinin dövlət şirkətləri ilə razılaşmalar imzalayır. “Neft çayla axır”.
Səudiyyə Ərəbistanı qıcıqlanır, çünki Rusiya onun Çin bazarındakı payına iddia edir. Səudiyyəlilər Çinə daha çox neft göndərməyə başlayıblar və bəzi məlumatlara görə, onlar nefti öz rəsmi bazar qiymətindən ucuz satırlar ki, Çindəki neft mövqelərini qoruyub saxlasınlar. Cümə günü Brent markalı neftin qiyməti 48 dollar səviyyəsinə qalxıb. İndi lap az qalıb ki, 50 dollar olsun. Rusiya ilə Səudiyyə Ərəbistanı “çıxarma və satma” sxemi üzrə işləməyə davam edirlər. Bu isə onu göstərir ki, bazarda neft təklifinin həcmi artacaq.
“Reuters”yazır ki, Rusiya yeni neft kəmərini işə salıb. Bu neft kəməri isə Çinə neft tədarükünü yüngülləşdirəcək. Səudiyyə şirkəti “Aramko” isə az öncə Çin neftayırma şirkəti olan “Shandong Chambroad Petrochemicals”a 730 min barrel neft satıb. Bu şirkət Çindəki 20 müstəqil neftayırma şirkətindən biridir. Bu razılaşmada əsas maraqlı məqam odur ki, ilk dəfə təcili çatdırılma əsasında müstəqil şirkətə neft satılıb.
Adətən, “Aramko” öz neftini bir illik və daha uzunmüddətli kontraktlar və həmçinin, rəsmi bazar qiymətləri əsasında satır.
Rusiya bu şirkəti qıcıqlandırdığına görə, “Aramko” öz neftini bazar qiymətindən daha ucuz və endirimli qiymətə satır. Bu barədə yazan “Reuters” bildirir ki, 730 min barellik neft yükü “Aramko”nun Yaponiyadakı anbarından Çinə iyul ayında çatdırılacaq.
Bu cür satış şərtləri bir daha onu göstərir ki, neftin hazırkı 48 dollarlıq qiyməti, sadəcə, fiksiyadır. Bundan başqa İran da var. İran isə az öncə neftin qiymətinin 30 dollara qədər düşməsinin əsas səbəblərindən biri hesab edilir. İran bazara yeni çıxmağa başlayır. İran hökuməti təsdiq edir ki, son nəticədə o, neftin həcmini artıracaq və embarqodan əvvəlki səviyyəyə çatdıracaq. İran sözdə neftin qiymətlərinin artırılmasının və Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatını azaltmasının tərəfdarı olmasına baxmayaraq, Çində və Avropada satış payı almağa çalışır. Daha yüksək qiymətlərlə isə Səudiyyə Əirəbistanı razı olmaq istəmir. Bəs neft qiymətlərini necə aşağı səviyyədə saxclamaq olar? Bunun üçün dollar satmaq və neft füçerslərini almaq lazımdır.
Apreldə neftin qiymətləri təqribən 20 faiz artıb. Bazar artıq dollara diqqət yetirmir və neftin qiymətinin artması baş verib”.
Beynəlxalq enerji agentliyi iki ay ərzində bazara münasibətdə mövqelərini dəyişməyə məcbur olub. O, bildirirdi ki, neft qiymətləri düşəcək. Amma qiymətlər artmağa başladı. Apreldə agentlik bəyan etdi ki, aprelin ikinci yarısında satış və təklif arasında balans yaranacaq.
O da bildirilir ki, Səudiyyə Ərəbistanı bazarda Rusiyanın Çindəki neft bazarında payına güzəştə getmədiyi halda, bu qara mayenin axını, yaxın zamanda çətin ki yavaşısın...


Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info