Əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfərdir
Tarix: 03.05.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cari ilin 01 aprel tarixinə olan məlumatına əsasən, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfər təşkil edir. Onlardan 536659 nəfəri kişi, qalanları qadınlardır.
Əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa görə, 375884 nəfəri əlilliyə görə, 145792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.
Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info