Cüdoçularımız 7-ci lisenziyanın bir addımlığında
Tarix: 04.05.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Avropa çempionatının yekununa əsasən tərtib olunan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.
Rio Olimpiadasına cəmi 3 yarış qalmış açıqlanan cədvəldə millimizin aparıcı üzvləri mövqelərini möhkəmlədiblər. Belə ki, Avropa çempionu adını qazanan Rüstəm Orucov (73 kq) öz çəkisində yenə birincidir. Elmar Qasımov Rusiyanın Kazan şəhərində keçirilən yarışda mükafat qazanmasa da, liderliyini kiməsə güzəştə getməyib. Onunla birgə 100 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatında gümüş medalla kifayətlənən Orxan Səfərov (60 kq) da mövqeyini yaxşılaşdırıb. O, hazırda 4-cüdür. Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 10-cu, Tərlan Kərimov (66 kq) 42-ci, Abdulhaqq Rəsullu (81 kq) 60-cı, Məmmədəli Mehdiyev (90 kq) 28-ci, Uşanqi Kokauri (+100 kq) 31-ci və Aişə Qurbanlı (48 kq) 45-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, kişilərdən ibarət yığmamızın Rioya tam heyətlə yollanması üçün Rəsullu qarşıdakı turnirlərdə maksimum xal toplamalıdı. Digər çəkilərdə isə lisenziyalarımızın rəsmiləşməsi qalıb. Yəni bəzi cüdoçularımız öz ölkələrinin ən yaxşıları olmayanları nəzərə alsaq, “22-lik”də yerlərini təmin ediblər. Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info