“Lester” ilk dəfə İngiltərə çempionu oldu
Tarix: 04.05.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İngiltərənin “Lester” komandası tarixində ilk dəfə Premyer Liqanın çempionu titulunu qazanıb. “Lester” Premyer Liqanın başa çatmasına iki tur qalmış London derbisinin - “Çelsi” - “Tottenhem” matçının heç-heçə (2:2) nəticələnməsindən sonra çempion olub.
“Lester”in ən yaxın izləyicisi olan “Tottenhem”in xal itirməsi onun çempion olmasını təmin edib. Belə ki, liderlə ikinci yerdə olan komanda arasında artıq 7 xal fərq yaranıb. Bu da hesabında 77 xal olan Klaudio Ranyerinin yetirmələrinin çempion olması üçün kifayət edib. Əsası 1884-cü ildə qoyulan klubun indiyədək Premyer Liqada ən böyük uğuru 1928-1929-cu il mövsümündə ikinci yeri tutmaq olub. “Lester” birinci və ikinci divizionlarda qalib olmaq sevincini yaşayıb. Komandanın əsas titulları üç dəfə Futbol Liqası Kubokunu, bir dəfə isə İngiltərə Superkubokunu qazanması olub. Qeyd edək ki, “Lester” tarixində ilk dəfə İngiltərə çempionu olmaqla gəlirini də xeyli artırıb. Bu uğur səbəbindən onlar 150 milyon funt-strerlinq gəlir əldə edəcəklər. Vəsait klubun hesabına mükafatlardan, bilet satışı və Çempionlar Liqasındakı iştirakından daxil olacaq. Həmçinin klubun dünyada azarkeşlərinin sayının və sponsorlarının artması da gəlirə müsbət təsir göstərəcək. Qeyd edək ki, İngiltərə Premyer Liqasının bütün iştirakçılarına hansı yeri tutmağından asılı olmayaraq 54 milyon funt ödənilir. Çempion komanda isə əlavə 25 milyon da qazanır. Bundan başqa, klub teleyayımdan da gəlir götürür. BBC bildirir ki, “Lester” hər ev oyunundan 880 min funt qazanıb. Komandanın bu mövsüm Premyer Liqadakı 16 ev oyunundan klubun büdcəsinə 14 milyon funt daxil olacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info