Fransada 25 yaşa qədər gənclərin dörddə biri işsizdir
Tarix: 04.05.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bu ölkədə işsizlik faizi iqtisadiyyatı inkişaf etmiş G7 ölkələri arasında ikinci ən yüksək səviyyədir

Bu gün bir sıra ölkələr var ki, kənardan həm güclü siyasətə, iqtisadiyyata malik, həm də turistlərin diqqətini daha çox cəlb edən bir ölkə kimi nəzərə çarpır. Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatının (OECD) məlumatına görə, Fransa “həsəd aparılacaq bir yaşayış tərzinə malik ölkədir. Burada bərabərsizlik çox deyil və maliyyə problemləri nisbətən aradan qaldırılıb”. Ancaq, əslində, mövcud vəziyyət necədir?
BBC-nin məlumatına görə, Fransanın əsas problemi işsizlikdir. Əmək qabiliyyətli insanların 10,2 faizi, yəni təxminən 3 milyon nəfəri işsizdir. Fransanın işsizlik nisbəti, demək olar ki, avro bölgəsi ilə eynidir. Fransadakı işsizlik faizi iqtisadiyyatı inkişaf etmiş G7 ölkələri arasında da ikinci ən yüksək səviyyədədir. Bəzi Avropa ölkələrində olduğu kimi, burada, xüsusilə də gənclər arasında işsizlər daha çoxdur. Çalışmaq istəyən 25 yaşa qədər gənclərdən dörddə biri işsizdir. Fransa, eyni zamanda Avropa Birliyinin maliyyə bazarlarını düzəltmək üçün tətbiq etdiyi qanunlara qarşı mübarizə aparır. Belə ki, illik büdcə kəsiri və daxili borc faizi bu qanunlarda nəzərdə tutulan faizlərdən artıqdır. Bu problemlərə görə inkişaf faizi aşağıdır. Orta yaşayış standartına görə, adambaşına düşən ÜDM 1995 və 2007-ci illər arasında İtaliyadan başqa, digər OECD ölkələrindən daha yavaş olub. Fransa “ikitərəfli əmək bazarı”nın ən yaxşı nümunələrindəndir. Ölkə daxilində çalışanlar daha yüksək ödəniş alır, iş zəmanətinə və yüksəlmə imkanına sahibdir, xaricdən gələnlər, xüsusilə də gənclər yalnız qısamüddətli işlərdə çalışır. Fransada dövlət xidmətlərinin səviyyəsi yüksəkdir, ancaq OECD bu səbəblə iş, qənaət və investisiya təşviqlərini azaldan "ağır vergi yükü" olduğunu yazır. Prezident Fransua Olland əmək qanunvericiliyində islahatın lazım olduğunu qəbul edir. Əmək naziri Myriam El Khomri də iş dünyasına dair şikayətləri aradan qaldırmaqla bağlı qanun layihəsi hazırlandığını deyib.
Belə ki, islahatlar nəticəsində işdən çıxarılmalar asanlaşacaq, işçilərin həftəlik iş saatı 35 saatdan çox olacaq, şirkətlərə ödənişlərın azaldılması ilə bağlı daha böyük səlahiyyət veriləcək. Ancaq etirazlara görə layihə dəyişdirildi. Bütün halda Fransadakı iqtisadi vəziyyətin ürəkaçan səviyyədə olmadığı dəqiqdir. Prodüsser Gilles Saulnierin sözlərinə görə, Fransada hər kəs başqa bir şey istəyir: “Siyasətçilərin, xalqın və işçilərin tələbləri başqadır. Dünyanın beşinci böyük iqtisadi gücü olmamıza rəğmən milyonlarla işsizə sahibik”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info