Vyanada “Bakı platforması” təqdim edildi
Tarix: 01.03.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 19-21 dekabr 2012-ci ildə Bakıda keçirilən “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan “Bakı platforması” Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilib. Bu barədə qəzetimizə komitədən məlumat verilib.
Dövlət komitəsinin sədri Elşad İskəndərov iki gün ərizində keçirdiyi çoxsaylı ikitərəfli göruşlərdə dinlərarası hörmət əlaqələrinin qurulması naminə çalışacaq və dünyanın aparıcı dini liderlərini sıralarında birləşdirən və Bakı platforması adı ilə yaradılan şəbəkəni tərəf müqabillərinə təqdim edib. Mərkəzi Vyanada yerləşən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Faysal bin Abdulrahman bin Muammar ilə görüşdə komitə sədri Bakı platformasının müasir dünyada dini liderlərin konkret layihələrin hayata keçirilməsi sahəsində bir araya gələ biləcəklərinin bariz sübutu ola biləcəyini vurğulayıb. Görüşdə Azərbaycanın tolerantlıq modelini tanıdan komitə sədri bu platformada birləşən din xadimləri vasitəsilə artıq dialoqun tolerantlıq səviyyəsindən qarşılıqlı hörmət və əməkdaşlıq səviyyəsinə qaldırılmasının vaxtının gəldiyini qeyd edib. İki qurum arasında əldə edilən razılığa əsasən Azərbaycanın təşəbbüsü olan bu şəbəkənin Vyana mərkəzində birgə təqdimatının keçirilməsi qərarlaşdırılıb.
Bununla belə, komitə tərəfindən nəşri hazırlanmış Bakı platforması və I Bakı Forumu haqqında kitab Vyanada keçirilən Sivilizasiyaların Alyansı Forumunda geniş təqdim olunub. Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu çərçivəsində təşkil edilən stenddə beynəlxalq forumla bağlı məlumatlar, dərgilər, o cümlədən Bakı platforması iştirakçılara təqdim olunub. 2000 iştirakçının qatıldığı Vyana Forumunda nəşr böyük maraqla qarşılanıb. Kitabda yer alan beynəlxalq forum iştirakçılarının fikirlərində Azərbaycanda mövcud tolerant mühit, o cümlədən dinlərarası və mədəniyyətlərarası münasibətlər təqdir olunub.
Qeyd edək ki, forumda bir sıra din və elm adamları Bakı platformasına qoşulacaqlarını açıqlayıblar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info