Gəncə qonaqlarını qarşılayır
Tarix: 04.05.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Avropanın bir sıra ölkələrindən çoxsaylı qonaqlar “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim şəhərə gəlirlər. Dünən qonaqların bir qrupu Gəncəyə təşrif buyurub. Onlar Gəncə Beynəlxalq Hava Limanında mehribanlıqla qarşılanıb.
Gələnlər arasında İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin nümayəndələri, müxtəlif yerli və beynəlxalq təşkilatların, həmçinin gənclər, idman və mədəniyyət sektorlarının təmsilçiləri var. Qonaqları “Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin könüllüləri müşayiət edirlər. Xatırladaq ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək. Layihənin rəsmi açılışı bu gün olacaq. Qonaqlar Gəncə şəhərinin görməli yerlərini gəzəcək, o cümlədən Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi məqbərəsi və muzeyi, Qala qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə tanış olacaqlar. Həmçinin Göygöl Milli Parkına ekskursiya təşkil ediləcək. Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, “Qadınlar zirvədə” layihəsinin təqdimatı və digər tədbirlər daxildir. “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info