Avropa Komissiyası neftin orta qiymətinə dair proqnozunu 15 faiz artırıb
Tarix: 04.05.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Handelsblatt”: “Rusiya neft ticarətindəki hesablaşmalarda dollardan imtina edəcək”

“Neftin qiymətindəki son cüzi artım Kreml üçün yeni dəhşətli ssenarinin meydanə gəlməsinə səbəb olub”. Bu fikirlər “Handelsblatt” nəşrində çap edilən məqalədə qeyd edilib.
Müəllif Andre Ballen yazır ki, Kreml tərəfindən atılacaq addım əvəlki illərdə olduğu kimi, ciddi cavab reaksiyasına gətirib çıxara bilər. Analitik Yevqeni Vaynberq hazırda neft bazarında olan vəziyyəti 2015-ci ildə olan durumla müqayisə edib. Ekspert qeyd edib ki, ötən ilin yazında neftin qiymətlərində tərəqqi olsa da, sonradan qiymətlər yenidən aşağı düşdü. Analitiklərin ehtimalına görə bu il də neftin qiyməti 30 dollaradək düşə bilər. Rusiya dövləti isə indidən cavab tədbirləri görmək və dünya bazarındakı əməliyyatlara rəğmən “Urals” markalı neftdən asılılığı azaltmağa çalışır. Bunun üçün Rusiya ilk addım olaraq fyuçers müqavilələrini tədavülə buraxmasından başlamaq istəyir. Sankt-Peterburqlu Ticarət Birjasının başçısı Aleksey Rıbnikova görə, belə bir addımın atılmasında əsas məqsəd neftin faiz dərəcələrində ədalətli və açıq satışa nail olmaqdır. Onun sözlərinə görə, Rusiyanın əsas neft korporasiyaları olan "Rosneft", "LUKoyl" və "Qazprom” bu təşəbbüsü dəstəkləyib. Rusiya birjalar birliyinin prezidenti Anatoliy Qavrilenkonun sözlərinə görə, yeni fyuçers müqavilələrin bu il bazara çıxarılacağı gözlənilir: “Lakin belə bir addımın atılması böyük siyasi iradə tələb edir: “Əlbəttə, bizim belə bir addımımıza münasibət qeyri-adi ola bilər. Lakin bizim tədavülə buraxacağımız fyuçerslərin dünya bazarında hörmət qazanmasına nail olmaq üçün bizə ardıcıl olaraq neft həcmini artırmaq lazım gələcək”. İlk mərhələdə fyuçers çatdırılmasının minimum məbləğinin 720 min barel olacağının və ticarətin ABŞ dolları ilə aparılacağını bəyan edən Qavrilenko sonrakı mərhələlərdə ticarətin rublla aparılacağını bildirib. Andre Ballenin fikrincə, hazırda Rusiya “Urals” markalı neftini Avropaya ixrac etsə də, Asiya ölkələrini də gələcək müştəriləri kimi görür. Asiyada, əsasən Çin ticarəti öz milli valyutası ilə aparmağı qarşısına məqsəd qoyub. Rusiya analitiklərinin təxminlərinə görə, neft ticarətindəki hesablaşmalarda dollardan imtina çox faydalar gətirə bilər. Onu da qeyd ecək ki, Avropa Komissiyası bu il üzrə “Brent” markalı neftin bir barelinin orta qiymətinə dair proqnozunu 15 faiz artırıb. Bu barədə Avropa Komissiyasının yaz ayları üzrə iqtisadi hesabatında deyilir. Komissiya bu il “Brent”in bir barelinin orta qiymətini 41,07 dollar, 2017-ci ildə isə 42,50 dollar proqnozlaşdırır. Qurum əvvəlki qış hesabatında “Brent”in 2016-cı il üzrə orta qiymətini 35,8 dollar nəzərdə tutmuşdu. Qeyd edək ki, hazırda “Brent”in bir bareli Londonun İCE birjasında 45,58 dollara satılır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info