“TRT World” kanalı: “Ermənilər mülki Azərbaycan əhalisinə qarşı vəhşiliklər edib”
Tarix: 04.05.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı bölmələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələrindən bəhs edən daha bir reportaj Türkiyənin “TRT World” kanalında yayımlanıb.
Ermənilərin artilleriya zərbələri nəticəsində dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən bir neçə kəndində olan kanalın müxbiri reportajın əvvəlində tamaşaçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumatlandırır. O, Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etdiyini diqqətə çatdırır. Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri cəbhə xəttində Azərbaycan tərəfə iriçaplı silahlardan atəş açaraq mülki əhalini qətlə yetirir, onlara böyük ziyan vurur. Azərbaycan Silahlı Qüvvələri ermənilərin bu atəşlərinin müqabilində onlara cavab zərbələri endirir. Müəllif ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış, yanmış evlərlə bağlı kadrları tamaşaçıların diqqətinə çatdırır, ziyan çəkmiş, yaxınlarını itirmiş insanların şəkillərini əllərində tutan yerli sakinlərin erməni vəhşilikləri barədə müsahibələrini təqdim edir. Jurnalist bu sakinlərin öz yerlərində möhkəm dayandıqlarını, qorxmadıqlarını, torpaqlarını tərk etmədiklərini və döyüşə hər an hazır olduqlarını vurğulayır.
Müxbir cəbhə xəttində bir neçə kənddə, yaralıların müalicə aldıqları xəstəxanada olduqlarını diqqətə çatdırır. O, yaralıların bəzilərinin Bərdədəki tibbi mərkəzdə müalicə olunduqlarını qeyd edir. Müəllif yerli və xarici jurnalistlərin cəbhə xəttinə yaxın kəndlərdən birində ermənilərin atəşləri nəticəsində dağılmış evlərə, məktəb binasına baxdıqlarını vurğulayır. O, məktəbin direktoru Aybəniz Məhərrəmovanın partlayış zamanı binanın necə silkələnməsi, dağılması, dərslərin yarımçıq qalması barədə fikirlərini tamaşaçıların diqqətinə çatdırır.
Reportajda ötən illərdə Azərbaycanın öz ordusunu xeyli gücləndirdiyi vurğulanır.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info