İsveçrə mətbuatı Ermənistanda savadsızlığın tüğyan etməyindən yazdı
Tarix: 04.05.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Ermənistanın təcavüzkar siyasəti haqqında son bir ayda beynəlxalq aləmdə səslənən fikirlər, mediada gedən yazılarda bu ölkədəki ağır iqtisadi durum da daim qabardılır. İsveçrə mətbuatı isə Ermənistandakı daha bir neqativ halla bağlı maraqlı yazı dərc edib. Belə ki, İsveçrənin tanınmış “Neue Zürcher Zeitung” qəzetində “Ermənistan - kitab oxumayanların ölkəsi” adlı məqalə dərc edilib. Ermənistandakı nəşriyyat landşaftı, kitab satışı, oxu mədəniyyəti və əhalinin maddi vəziyyətinin kitab oxumağa təsirlərindən bəhs edən həmin məqalədə bir sıra maraqlı məqamlar öz əksini tapıb. Müəllif Klaudia Meder yerli naşirlərə istinadla qeyd edir ki, iqtisadi vəziyyətin acınacaqlı və orta aylıq əmək haqqının 300 ABŞ dollarından az olduğu Ermənistanda əhalinin Qərbi Avropa qiymətlərinə satılan kitabları almağa maddi imkanı çatmır və bundan əlavə isə əhalidə oxumağa meyil çox aşağıdır. Aparılan sorğulara əsasən, ölkə əhalisinin 37 faizi “oxumayan təbəqə” kimi təqdim olunur. Respondentlərin 43 faizi isə nadir hallarda kitab oxuduğunu, lakin boş vaxtlarında televiziya verilişlərini seyr etməyə üstünlük verdiyini bildirib. Mütəxəssislər isə bu ölkədə yazılı sözə verilən dəyərin bu qədər aşağı düşməsini xüsusilə təhsil sistemindəki struktur çatışmazlıqları ilə izah edirlər. Əgər sovet dönəmində oxu mədəniyyəti uşaqlara icbari kurslarda aşılanırdısa, bu gün tədris müəssisələrində acınacaqlı vəziyyət hökm sürür. “Təbii ki, məktəbdə şagirdlər yazmağı və oxumağı öyrənirlər. Elə bununla da iş bitir. Kənd yerlərində çalışan müəllimlər gündəlik güzəranlarının hayındadırlar və gənclərdə kitaba maraq oyatmağa enerji sərf etmirlər”, - deyə “Antares” nəşriyyat evinin rəhbəri Armen Martirosyan mövcud acınacaqlı vəziyyəti şərh edir.Məqalədə ölkədəki kitab nəşrinin yarıtmaz vəziyyətinə də toxunulur. Qeyd olunur ki, sovet dönəmində nəşriyyat sənayesi dövlət tərəfindən nizamlanırdısa, müstəqillik əldə edildikdən sonra bu sektor özəlləşdirildi. Qısa müddət ərzində ölkədə saysız-hesabsız nəşriyyatlar peyda olsa da, ortaya kitab çıxaran olmadı. Dövlət tərəfindən kitab çapını təşviq etmək üçün subsidiyalar ayrılsa da, həmin vəsaitlər korrupsiyaya uğramış sistem tərəfindən mənimsənildi. Ölkədə fəaliyyət göstərən 200-dək nəşriyyatın əksəriyyəti hər kitabdan dövlətin tələb etdiyi minimum yüz nüsxəni çap etməklə kifayətləndi.Əlifba fərqliliyi səbəbindən Qərb mənşəli informasiya materiallarından istifadə səviyyəsinin olduqca aşağı olduğu bildirilən məqalədə, dövlət tərəfindən təhsil sisteminin təşviq edilmədiyi vurğulanır. Eyni zamanda, əlifba fərqliliyi olan Gürcüstanda isə təhsil sisteminin dövlət tərəfindən təşviq edildiyi səbəbindən orada vəziyyətin Ermənistanla müqayisədə yaxşı olduğu bildirilir.
Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info