Botta: “Ermənistanın işğal etdiyi ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
Tarix: 04.05.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Argentinanın aparıcı tədqiqat institutlarından biri olan Beynəlxalq Əlaqələr Şurasının rəsmi internet səhifəsində “Ermənistan və Azərbaycan arasında yeni toqquşmalar” adlı məqalə yayılıb. Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, azərbaycanşünaslıq kafedrasının koordinatoru Paulo Botta tərəfindən yazılmış məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, problemin bölgədə yaratdığı ağır nəticələr, region ölkələrinin və digər beynəlxalq güclərin münaqişənin həllində oynadığı rol, onun həlli istiqamətində aparılan danışıqlar, habelə təmas xəttində baş vermiş son gərginliklər barədə məlumat verilir.Münaqişə tərəflərinin mövqelərini göstərən müəllif Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır, işğal edilmiş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, bunun beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədlərində öz təsdiqini tapdığını diqqətə çatdırır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi məqalədə vurğulanır.Yazıda, həmçinin Ermənistan tərəfinin əsassız iddiaları, sülh danışıqlarını pozmaq və işğalı davam etdirmək niyyəti, bu siyasət nəticəsində Ermənistanın regionda təcrid olunduğu qeyd edilir. Məqalədə Ermənistanın Dağlıq Qarabağ bölgəsindən başqa Azərbaycanın digər rayonlarını işğal etməsi də diqqətə çatdırılır.Qeyd olunur ki, qondarma Dağlıq Qarabağ rejimi dünya birliyinin heç bir üzvü tərəfindən, o cümlədən Ermənistan rəsmiləri tərəfindən tanınmır. Dağlıq Qarabağda yaşayan ermənilər pul vahidi kimi Ermənistan dramından, Ermənistan pasportundan istifadə edirlər. Beynəlxalq Böhran Qrupu və ya London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu kimi araşdırma mərkəzlərinin gəldiyi nəticələrə istinad edən müəllif qondarma Dağlıq Qarabağ rejiminin “rəsmi orqanları”nın praktikada Ermənistanın müvafiq orqanlarından ayrılmadığını yazır.Minsk qrupunun fəaliyyətinin səmərəsizliyinə toxunan müəllif Rusiya, ABŞ, İran, Gürcüstan, Türkiyə kimi dövlətlərin də bu münaqişə ilə bağlı mövqe və fəaliyyətlərini təhlil edir. Ermənistanın üzv olduğu Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri tərəfindən gözlədiyi dəstəyi almadığı vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info